Azərbaycan Repsublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
İdman
Əfsanəvi qapıçı futbolla vidalaşır
Son xəbərlər
Netanyahu və Ayzenkot arasında fikir ayrılığı..
Hadisə
Albaniyada toqquşma: yaralıların sayı 61-ə çatdı
Son xəbərlər
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Müsahibə
Ukrayna kreditlərini bundan sonra geri qaytaracaq - Leyen
Şou Biznes
Alla Puqaçova Türkiyədə konsert verəcək: Biletlərin fantastik qiyməti
Texnologiya
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
Siyasət
İranda iqtisadi müharibə var, şəxsən nəzarət edəcəyəm
Son xəbərlər
Noyabrın son gününə olan hava proqnozu açıqlandı
Bölgə
Bakıda bu qəsəbəyə şəhər statusu verilə bilər
Texnologiya
Pakistan Səudiyyəyə ordu göndərdi
Son xəbərlər
Təmas xətti boyunca birbaşa atəşkəsə hazırıq - Zelenski
Siyasət
Lavrov Sani ilə Yaxın Şərqdəki gərginlikdən danışdı
Siyasət
Ərdoğanla Tasulasın görüşü başa çatdı
Son xəbərlər