İqtisadi artım inkişaf üçün olduqca əlverişli üsuldur.

Son günlər manatın dəyəri ətrafında yaranan ajiotajla əlaqədar devalvasiya tərəfdarları yenə ucuzlaşmanı vacib sayırlar. Əsas arqument də ondan ibarətdir ki, real sektoru başqa yolla inkişaf etdirmək mümkün deyil. Əslində isə belə deyil. Yerli istehsalı canlandırmaq üçün dolları bahalaşdırmaq yox, çoxlu vəsait lazımdır.

Və bu mənada Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun bu günlərdə dövlət televiziyasına müsahibəsində hökumətin malik olduğu maliyyə resurslarını tezliklə kiçik və orta sahibkarlığın inkişafına yönəldəcəyini deməsi sevindirici oldu.

AMB sədri bu məqsədlə yeni kredit fondunun yaradılmaqda olduğunu və iqtisadiyyatın real sektoruna uzunmüddətli, ucuz kreditlər vermək planlaşdırıldığını bildirdi. Bu da əslində, gözlənilən idi.

Bank sisteminin iqtisadiyyatın real sektorunu maliyyələşdirməli olduğu ilk dəfə dövlət başçısı tərəfindən qaldırılmışdır. Və hökumətin 2014-cü ilin sosial-iqtisadi inkişaf yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair yanvarda keçirilən iclasında bu il bank resurslarının real sektora yönəldilməsinin prioritet təşkil edəcəyinin söylənilməsi ilə sayca üçüncü çağırış edildi.

E.Rüstəmov bizim kifayət qədər resurslarımız olduğunu qeyd etdi. "Bu proses yəqin ki, bank sektoru vasitəsilə həyata keçiriləcək"- deyə, sədr əlavə etdi.

Məsələ ondadır ki, xarici təcrübədə dövlətin iqtisadiyyata dəstəyinin başqa üsulları da vardır. Belə ki, bu səhm buraxılışı, başqa sözlə desək, qiymətli kağızlar emisiyası və alqı-satqısı prosesidir ki, bazar iqtisadiyyatı şəraitində vəsait cəlbi və investisiya baxımından, olduqca mühüm vasitədir. Başqa sözlə desək, iqtisadi artım inkişaf üçün olduqca əlverişli üsuldur. Ona görə də inkişaf etmiş ölkələrdə qiymətli kağızlar bazarı maliyyə bazarının ən mühüm ünsürlərindən birini təşkil edir.

Bizdə isə məsələnin inkişafının özülü ölkədə özəlləşdirmə prosesi başlananda təşəkkül tapmalı olsa da, bu, baş tutmadı. Belə ki, özəlləşdirmə çekləri ilk qiymətli kağızlar sayılırdı ki, səhm buraxılışı bundan sonrakı mərhələyə aiddir. Ancaq bəlli olduğu kimi ölkəmizdə ilkin özəlləşdirmə prosesində əhali fəal iştirak etmədi və çeklər dəyər-dəyməzinə satıldığı üçün kiçik bir qrupun əlində cəmləşdi.

Sual yaranır ki, bəs, bu gün Azərbaycanda səhm buraxılışı və alqı-satqısı niyə həyata keçirilmir və buna nə mane olur? Və əslində, bunu kimlər etməlidirlər? Təbii ki, müxtəlif özəl şirkətlər və banklar, o cümlədən istehsal, ticarət, xidmət və investisiya fəaliyyəti göstərən sahibkarlıq strukturları...

Biz, ötən şərhimizdə də yazdıq ki, 2008-2009-cu illərdə qlobal maliyyə və iqtisadi böhrandan ABŞ hökümətinin çıxması tədbirlərini xatırlamaq kifayətdir. Adı çəkilən ölkə böhranın episentri sayılırdı ki, hər şey 2008-ci ilin avqustunda ipoteka kreditləşdirilməsindən başlanmaqla dünyaya yayıldı.

Böhrandan çıxmaq üçün federal hökumət, daha dəqiq desək, Federal Rezerv Sistem (FRS) kəmiyyət yumşaldılması adı altında sayca 3 proqram həyata keçirdi. Bunların da məğzi iqtisadiyyata bacardıqca güclü maliyyə dəstəyi həyata keçirməkdən ibarət idi ki, həmin proqramların da baş ideoloqu FES-in o vaxtki rəhbəri Ben Bernanke oldu.

Sözügedən proqramın mahiyyəti ondan ibarət idi ki, iqtisadiyyatın zəif və real sektorun təzyiq altında olduğu nəzərə alınaraq aktivliyə nail olmaq məqsədilə dövriyyəyə 7 il ərzində bazardan səhm alışı üçün ardıcıl nəğd pul buraxıldı. Və dollar "çapı" dayandırılmayaraq nə qədər lazımdırsa, emisiya olundu.

2014-cü ilin oktyabrda isə qeyd olunan proqram qapandı. Çünki artıq, 2009-cu ilin ikinci rübündə sözügedən ölkənin iqtisadiyyatında geriləmənin yavaşığı elan olundu.

Sual yaranır ki, bu mexanizm məgər, bizdə tədbiq edilə bilməzmi? Ölkədə devalvasiya təkcə, məzənnə siyasəti vasitəsilə həyata keçirilməlidirmi? Hökumətin real sektoru inkişaf etdirməsi üçün həyata keçirməli olduğu tədbir yalnız manatın "ipini buraxmaqdan" ibarətdirmi?

Şübhəsiz ki, yox...

Səhm buraxılışı nəyə görə həyata keçirilir? Vəsait cəlbi və kapital qoyuluşu üçün... Odur ki, buradan iki nəticə hasil olur: bizdə özəl sektor ya vəsaitə ehtiyac duymur, ya da heç bir investisiyada maraqlı deyillər.

Məsələ bundadır ki, ölkəmizdə hər iki element özünü əyani göstərməkdədir. Belə ki, bir çox qurumların əslində, vəsait çatışmazlığı problemi yoxdur. Söhbət, iri özəl strukturlardan gedir. Digər tərəfdən isə real sektora, xüsusən də istehsal xarakterli sahələrə sərmayə qoyuluşu müşahidə olunmur. Halbuki təkrar edirik ki, ölkə Prezidenti dəfələrlə bankları real sektoru maliyyələşdirməyə çağırıb.

Digər bir misal isə banklara nizamnamə kapitallarını qaldırması tələbinin yerinə yetirilməsi sayıla bilər. Belə ki, ölkədə 50 milyon manatlıq tələbə nail olmaq üçün demək olar heç bir bank çətinliklərə baxmayaraq, vəsait cəlbi üçün səhm buraxılışı həyata keçirmədi.

Bütün bunlar da ondan irəli gəlir ki, ölkəmizdə bu sahədə - qiymətli kağızlar bazarının səhm buraxılışı və alqı-satqısı seqmentində stimullaşdırıcı tədbirlət həyata keçirmək tələb olunur. Bunun üçün isə hər cür inhisarçı amillər aradan götürülməli və maliyyə axınlarında sərbəstlik təmin edilməlidir.

Yeri gəlmişkən, E.Rüstəmov müsahibəsində qeyd etdi ki, yaxın dövrdə yeniliklər olacaq. Çox istərdik ki, maliyyə dəstəyinin icrasında kreditləşdirmə mexanizmindən başqa, digər vasitələrdən də istifadə olunsun. Çünki təkrar edirik ki, real sektorun inkişafı vəsait cəlbinə həm də müvafiq marağın olmasından ibarətdir. Bu isə özünü bütün istiqamətlərdə göstərməlidir.

Son xəbərlər

Ceyhun Bayramov ilə Yakov Blitşteyn arasında görüş keçirilib

Netanyahu girovlarla bağlı yaranan şəraitdən danışdı

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından DANIŞDI

Əsəd: "Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına müsbət yanaşır"

Ərdoğan: "Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağa hazırlaşır"

Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

Hakan Fidan Azərbaycanı təbrik etdi

Hikmət Hacıyev Şuşadan paylaşım edib

Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdur

Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR

Pakistanın baş naziri Prezident İlham Əliyevə zəng edib

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

Bütün xəbərlər