Cristiano Ronaldo haqqında bilmədiyiniz 10 fakt
"Real-Madrid" futbol klubunun ulduz futbolçusu Cristiano Ronaldo haqqında bilmədiyiniz 10 faktı təqdim edir:
1. Ailəsi ona "Ronaldo" adını ABŞ prezidenti Ronald Reyqanın şərəfinə verib.
2. Ronaldoya kiçik yaşlarında dostları "arı" ləqəbini vermişdilər.
3. Ronaldo Angelina Jolinin böyük pərəstişkarıdır. 15 il əvvəl Ronaldonun ən böyük arzularından biri Angelina Joli ilə bir masada oturmaq olub.
4. Ronaldo 15 yaşında olarkən ürəyində problem yaranıb. O, yatarkən ürəyi daha sürətlə döyünürdü. Bu səbəbdən də o əməliyyat olunub. Anasının dediyinə görə, oğlu heç vaxt xəstəliyinə ciddi yanaşmayıb.
5. Ronaldo Figonun böyük pərəstişkarı olub.
6. Ronaldo atasını 22 yaşında olarkən itirib. Onun atası içkinin qurbanı olub. Ronaldo atası öldükdən sonra bir müddət narkotik istifadəçisi olan qardaşı ilə birlikdə yaşayıb. Bu səbəbdən də Ronaldo, həmişə içkidən, siqaretdən və narkotikdən uzaq durmağa çalışır.
7. Ronaldonun ən çox sevdiyi ifaçı Luis Fonsidir.
8. Playstation aludəçisi olan Ronaldo, deyilənə görə çantasında və avtomobilində həmişə ehtiyat "Playstation" gəzdirir.
9. 2010-ci ildə ata olan Ronaldo, övladının kimliyinin sonsuza qədər gizli qalmasını istəyib.
10. Ronaldonun uşaq vaxtı sevdiyi qəhrəmanlardan biri də "Superman" olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay