Müsəlmanları günahlandırmaq səhvdir
Real"ın ulduzu Kriştiano Ronaldo yanvarın 7-də Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsində müsəlmanları günahlandıranları qınayan açıqlama verib.
Portuqaliyalı hücumçu öz ölkəsinin mətbuatına verdiyi açıqlamada "bütün bu hadisələri bir dinin üzərinə yıxıb müsəlmanları günahlandırmaq səhvdi" deyib:
"Tam olaraq nə deməli olduğumu bilmirəm. Dünyanın hər yerində bu cür üzücü hadisələr olur. Onları görməməzliyə vurub, qəzet redaksiyasında baş verənləri təkcə bir dinin üzərinə yıxıb, onları günahlandırmaq mənə görə çox yanlış hərəkətdi. Bu cür hadisələr təkcə müsəlmanlar tərəfindən edilmir. Dünyada baş verən bütün terrorlara, insan ölümlərinə eyni cür reaksiya verilməlidi".
Parisdə "Çarli Hebdon" qəzetinin redaksiyasına silahlı basqın nəticəsində 10-dan artıq insan öldürülmüşdü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay