Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin ən yaxın adamlarından biri olan Fikrət Nuriyevin turist bazalarında qumarxanalar açdığı idda olunur.
Bu kazinoların daha çox Bakı şəhərində, Xaçmaz və Quba rayonlarında fəaliyyət göstərdiyi qeyd olunur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Ekskursiya və Turizm Şurasının sədri vəzifəsini daşıyan Fikrət Nuriyevlə bağlı AzMedia.info – ya ilginc məlumat daxil olub.Həmin məlumatda qeyd olunur ki, 25 ildir ölkədə Turizm və Ekskuriya Şurasının sədri işləyən Fikrət müəllim bu qurumun hesabına böyük sərvət əldə edib.
Daxil olan məlumata əsasən şura sədri Həmkərlar İttifqının balansında olan “Xəzər”, “Dostluq”, “Bakı-Tur” və digər turist bazalarını öz şəxsi biznes obyektinə çevirib. Belə ki, ölkədə fəaliyyət göstərən bütün turist bazalarında istirahət etmək üçün satılan “pütovkanın” pulunun 80 faizi birbaşa Fikrət Nuriyevə çatır. Həmçinin şura sədri illərdir ki, bir çox turist bazalarına ayrılan cari təmir vəsaitlərini mənimsəyir. Ancaq bütün sənədləşdirmələrdə isə həmin turist bazalarında və AHİK – bir çox binasında məcburi köçkünlərin məskunlaşmasını bəhanə edir.
Son illər Həmkərlar İttifqının balansında olan binalardan məcburi köçkünlər köçürülüb və artıq bazalar təmir edilməyə başlanıb. Bu təmir işlərində isə ciddi korrupsiya faktları olduğu bildirilir. Belə ki, təmir işlərini Fikrət Nuriyevə yaxın olan şəxslər həyata keçirməklə yanaşı, eyni zamanda qiymətlər fantastik şəkildə şişirdilir və nəticədə büdcədən külli miqdarda vəsait mənimsənilir.
Mənbə iddia edir ki, Fikrət Nuriyev Ekskursiya və Turizm Şurasının sədri vəzifəsindən sui-istifaldə edərək balansında olan bir çox turist bazalarını qumarxana obyekti kimi istifadə edir. Belə ki, bir çox imkanlı məmurlara satılan ekskursiya biletləri əslində qumar oynamaq üçün bir bəhanədir. Yəni gözdən uzaq könüldən iraq bir yer olan turist bazaları qumar oynamaq üçün ən etibarlı yerlərdən biri hesab olunur.
Mənbə bildirir ki, şura sədri bir müddət öncə bu məsələ ilə bağlı daha da qabağa gedərək turist bazalarında aşkara bir neçə kazino belə açıbmış. Dövlət başçısı İlham Əliyevin qanunsuz kazinoların ləvğ edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra və Fikrət Nuriyev açıq kazino biznesindən əl çəkib. Ancaq buna baxmayaraq mənbə bəzi turist bazalarında gizli kazinoların fəaliyyət göstərdiyini iddia edir. Bu kazinoların daha çox Bakı şəhərində, Xaçmaz və Quba rayonlarında fəaliyyət göstərdiyi qeyd olunur.
Bundan başqa Fikrət Nuriyevin Ekskursiya və Turizm Şurasının balansında olan bir çox bazalardakı torpaqları yaşayış yeri kimi satdığıda deyilir. Uzun illərdir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məcburi yığılan milyonlarla manat vəsaitin bir hissəsi də məhz Fikrət Nuriyevin əli ilə silindiyi iddia olunur. Bütün bunlar barədə ətraflı ikinci yazımızda. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Bütün xəbərlər