Hadisə
29.05.2021, 11:00
Şəmkirdə oğlu ilə mübahisə edən qadın intihar edib - TƏFƏRRÜAT + YENİLƏNİB
Şəmkir rayonunda qadın yaşadığı evdə özünü asaraq intihar edib.
Oxu.Az-a istinadən xəbər veririk ki hadisə ötən gün rayonun Şiştəpə kəndində baş verib.
İlkin məlumatlara görə, 1980-ci il təvəllüdlü Samirə Quliyeva yetkinlik yaşına çatmayan oğlu ilə mübahisə edib. Yaranan ailə münaqişəsi zəminində qadın gecə saatlarında yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.
İlkin məlumatlara görə, qadının meyitini oğlu aşkar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay