Ombudsmanın əməkdaşları Söyüdlü kəndində saxlanılan 5 nəfərə baş çəkiblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Milli Preventiv Qrupun üzvləri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər, o cümlədən rayonun Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılmış və inzibati qaydada həbs edilmiş 5 nəfər şəxs də konfidensial qaydada qəbul edilib, hər birinin müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər, məsələyə dərhal reaksiya verərək hüquqlarının təminini diqqətdə saxladığına görə Ombudsmana təşəkkür ediblər. Saxlanılan şəxslərə hüquqları izah edilib, barələrində olan məhkəmə qərarları ilə bağlı müraciətləri üzrə hər birinə hüquqi məsləhət verilib.
Başçəkmə çərçivəsində saxlanılan şəxslərlə bağlı sənədləşmə, saxlanma şəraiti –bütün kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qida təminatı yerində araşdırılıb.
Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.![]()
Son xəbərlər
Ombudsmanın əməkdaşları Söyüdlü kəndində saxlanılan 5 nəfərə baş çəkiblər
Siyasət
Zelenski: Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqları konstruktiv olub
İqtisadiyyat
ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı
Son xəbərlər
Lukaşenko Rusiyaya getdi: Putinlə görüş...
Siyasət
Paşinyan Parisdə Makronla görüşdü
İqtisadiyyat
Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Müsahibə
Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Siyasət
Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Hadisə
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Siyasət
Müharibənin bitməsinin açarı... - Rubio
Texnologiya
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
Siyasət
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Tarix
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Siyasət
İranın 38 körpüsünü bir saat içində dağıda bilərik - Tramp
Siyasət
İlham Əliyev Kamboca Kralını təbrik etdi
İqtisadiyyat