Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.
Bu barədə ölkənin səhiyyə naziri Stefani Rist “France Inter” radiosuna açıqlamasında deyib.
Nazirin sözlərinə görə, xəstəlik aşkarlanan qadın “MV Hondius” gəmisində olub və mayın 10-da Kanar adalarından Fransaya təxliyə edilib. Qadında xəstəliyin simptomları “Tenerife” ilə “Burje” hava limanı arasındakı uçuş zamanı ortaya çıxıb.
“Testlərin nəticəsi müsbət çıxıb. Təəssüf ki, onun vəziyyəti gecə ərzində pisləşib”, - deyə səhiyyə naziri bildirib.
Fransaya gətirilən beş sərnişindən yalnız birində virus aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da, onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.
Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda olduqları üçün risk qrupuna daxil ediliblər.
Təcrid edilənlər arasında Fransaya gətirilən beş sərnişinlə yanaşı, aprelin 25-də “Sent Helena – Yohannesburq” və “Yohannesburq - Amsterdam” marşrutları üzrə uçuşlarda olan sərnişinlər də var.
Son xəbərlər
Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı
Tarix
İlham Əliyev və xanımı Zəfər parkında
İdman
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Siyasət
TDT XİN Şurasının iclası keçirildi
Müsahibə
İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi
Siyasət
Prezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Son xəbərlər
Hərbçilərinin maaşı 22,8% artacaq
Son xəbərlər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Müsahibə
Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər - FOTO
Texnologiya
NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...
Siyasət
Nyu-Yorkda Paşinyan Pezeşkianla görüşdü
Son xəbərlər
Putin ABŞ-a söz verib, bir neçə aya Donetski ələ keçirməlidir
Siyasət
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər