Sonuncu erkək ağ kərgədan öldü
ABŞ-da Anqalifu ləqəbli şimali ağ kərgədanın sonuncu erkək nümayəndəsi ölüb.
Dünyada bu növün yalnız beş nümayəndəsi qalıb, amma onların hamısı dişidir.
Bu barədə Los Angeles Times-da yazılıb.
Heyvanın ölməsi haqqında məlumat Sudandan gətirilən kərgədanın 1980-ci ildən bəri saxlanıldığı Kaliforniya ştatının, San-Dieqo zooparkının Twitter səhifəsində də yazılıb. Anqalifunun 44 yaşı var idi, o təbii səbəblərdən ölüb.
Zooloqlar nadir heyvanın nəslini artırmaq üçün onun yanına dişi kərgədan Nolanı yerləşdirmişdilər. Amma azadlıqdan məhrum olan cütlük nəsil artıra bilməmişdi.
San-Dieqonun ətraf mühitin tədqiq və mühafizəsi üzrə tədqiqatlar İnstitutunun əməkdaşları kərgədanın toxumlarını saxlayıblar. Onlar bu toxumlardan dişiləri mayalandırmaq üçün istifadə etməyi düşünürlər. Onlardan üçü Keniya zooparkında, biri isə Çexiyada saxlanılır.
Hələ 1960-cı ildə bu kərgədanın populyasiyası 2250 başdan ibarət idi. Onların məhvinə əsasən brakonyerlər səbəb olub. Bir çox mədəniyyətlər kərgədanın buynuzunun müalicəvi əhəmiyyəti olduğunu düşünürlər, ona görə də buynuz qara bazarda çox baha qiymətə satılır.
Şimali ağ kərgədan cənubi ağ kərgədan növündən bir qədər iridir və fildən sonra ikinci böyük quru heyvanı hesab edilir.
oxu.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay