"Hrant Dink" fondu Azərbaycan torpaqlarının işğalını etiraf edib

Osmanlı imperiyasının məşhur generalı, Bakının xilaskarı Əhməd Camal paşanın nəvəsi Hasan Camalın "1915-ci il. erməni soyqırımı" kitabının İrəvanda təqdimatı zamanı çaxnaşma düşüb.

Kitabın tərcüməçisi Ruben Melkonyan bəyan edib ki, kitabı çap etdirmiş "Hrant Dink" fondu onun tərcüməsini dəyişdirərək türkyönümlü edib. Melkonyan şikayət edib ki, fond onun tərcüməyə etdiyi şərhləri çıxarıb. Şərhlər Ermənistanın 1992-1993-cü illərdə Dağlıq Qarabağı və Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi ilə bağlı olub.

"Kitabın naşiri – "Hrant Dink" fondu tərcümənin mətnini özbaşına dəyişib və mənim şərhlərimi kitabdan çıxarıb", - deyə Ruben Melkonyan vurğulayıb. 1922-ci ildə Tiflisdə erməni terrorçular Petros Ter-Poqosyan və Artaşes Gevorqyan tərəfindən öldürülmüş Camal paşanın nəvəsi, içki dşkünü, "Hurriyyet" , "Sabah" və "Milliyet" qəzetlərində işləmiş Hasan Camal indi ermənipərəst mövqedən çıxış edir. O, hətta erməni soqırımının olduğunu iddia edən kitab da yazıb. Amma bu, erməniləri qane etməyib. Göründyü kimi, ermənilər Hasan Camaldan "it sədaqətini" daha da artırmağı tələb edirlər.

Qeyd edək ki, eyni hadisə "Musa dağın qırx günü" romanının müəllifi, Avstriya yəhudisi Frans Verfelin də başına gəlib. Kitabda 1915-ci ildə Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırmış silahlı erməni dəstəsindən bəhs edilir. 1934-cü ildə çap edilmiş kitabın ilkin variantında silahlı üsyandan bəhs edilirdi. Amma 1947-ci ildən sonra yəhudi soyqırımının tanınması erməniləri də 1915-ci il hadisələrini soyqırım kimi təqdim etməyə həvəsləndirib. Kitabı dünya dillərinə çevirməyə başlayan erməni lobbisi kitabın ilkin variantını tam dəyişdirdirib və əsərə soyqırım görüntüsü verilib. Kitabı almancadan ingilis dilinə çevirən tərcüməçi sifarişçi "Armenia" fondunun ilkin variantı 100 dəfə dəyişdirdiyin etiraf edib. Hazırda "Musa dağın qırx günü" romanının almanca ilkin variantı heç yerdə yoxdur. Çünki "Armenia" fondu həmin kitabların hamısını məhv edib.

anspress.com
Irəvanda Camal paşa çaxnaşması

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Bütün xəbərlər