Ocaqnejat Azərbaycanı tərk edib » İnterxəbər.Az
interxeber.az » Siyasət » Ocaqnejat Azərbaycanı tərk edib


Ocaqnejat Azərbaycanı tərk edib

7-10-2021, 10:32
Oxunub: 176
Çap et
İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat Azərbaycanı tərk edib.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən “BBC Azərbaycanca”ya bildirilib.

Qeyd olunub ki, Ocaqnejat bir aydır ki, Tehrandadır.

Oxu.Az xatırladır ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir.
Reytinq: