Böyük elm fədaisi
Ömür yoluna nəzər salanda zəngin bioqrafiyaya malik olan əslən İsmayılılı olan Hafiz Əlimərdanov Mütəllim oğlu haqqında söz açmaq əslində çox cetindir. Belə demiş söyləmiş ata-babalarımız alimin (ülemanın) mürəkkəbi şəhidlərin qanından üstün tutulur. Təsadüfü deyildir ki; ən dəqiq elmlərin şahı olan ümumən Kimya alimi' Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik.
Hafiz Əlimərdanov (Hafiz Mütəllim oğlu Əlimərdanov; d. 01.01.1948, İsmayıllı rayonu, Lahıc qəsəbəsi) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014).
Həyatı
Hafiz Əlimərdanov 1948–ci ildə anadan olmuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, 2005-ci ildə ona professor elmi adı verilmişdir.
Əsas elmi nailiyyətləri
Beş və altı üzvlü alitsiklik karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmiş və reaksiyaların əsas qanunauyğunluqları müəyyən edilmişdir.
Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və C1-C3 biratomlu spirtlərlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir.
Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur.
Beş və altı üzvlü alitsiklik ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və bu laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur.
Doymamış mono-və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorların seçilmiş və proseslərin getmə qanunauyğunluqlarının öyrənilmmişdir.
Mono və politsiklik doymamış və alkenilaromatik karbohidrogenlərin oksigen-, halogen- və azosaxlayan birləşmələrə induktiv funksionallaşdırılmasının əsas qanunauyğunluqları öyrənilmişdir.
Elmi – təşkilati fəaliyyəti
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya fənni üzrə Ekspert Şurasının üzvü (1996-2004),
1995-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə testlərin tərtibi, qəbul proqramları və metodik məqalələrin hazırlanması üzrə ekspert şurasının üzvü,
1996-cı ildən Kimya Elmləri Bölməsinin ekspert şurasının üzvü,
NKPİ-nin Elmi Şurasının üzvü.
Elmi istiqamətləri
H.M. Əlimərdanovun elmi fəaliyyətinin istiqaməti alitsiklik doymamış karbohidrogenlərin və onların müxtəlif oksigenli törəmələinin sintezi, alınma üsullarının və proseslərinin elmi əsaslarının işlənib hazırlanması, müxtəlif alitsiklik ketonlar, qlikollar, efirlər əsasında yeni ətirli və təravətləndirici maddələrin alınması və geniş tətbiqindən ibarətdir. H.M. Əlimərdanov müasir neft-kimya və neft-kimya sintezi sahəsində böyük əhəmiyyətə malik bir sıra elmi problemlər irəli sürmüş və onları çox yüksək elmi səviyyədə həllinə nail olmuşdur. O, ilk dəfə olaraq naften karbohidrogenlərinin doymamış karbophidrogenlərə katalitik və oksidləşdirici dehidrogenləşdirilməsi, dehidrodispropor-siallaşması, aşağı molekul kütləli spirtlərlə dehidroalkil-ləşməsi proseslərinin polivalent və nadir-torpaq metalları, təbii və sintetik seolitlər əsasında hazırlanmış katalizatorlar iştirakı ilə yüksək seçiciliklə aparılmasının mümkünlüyünü müəyyən etmiş və bu sahədə yeni elmi istiqamət yaratmışdır.
Elmi fəaliyyəti
O, alitsiklik doymamış karbohidrogenlərin izomerləşməsi, alkilləşməsi, induktiv oksidləşdirilməsi, inisiatorların iştirakı ilə aşağı molekul kütləli ketonlara stasionar və axar sistemdə birləşməsi sahəsində dərin tədqiqatlar aparmış, ilk dəfə olaraq bir sıra alkil-, tsikloalkil-, bitsikloalkiləvəzli beş və altıüzvlü alitsiklik ketonların və laktonların orijinal alınma üsullarını işləyib hazırlamış və sənaye miqyasında tətbiq olunmasına nail olmuşdur.

Sintez olunmuş alitsiklik və alifatik ketonlar müxtəlif təravətləndirici və ətirləyici kompozisiyaların tərkibinə daxil edilmiş və onlardan Sovetlər İttifaqının “Soyuzparfümer-prom” İstehsalat birliyinin Moskva (Novaya Zarya” fabriki), Sank-Peterburq (“Severnoe siyanie” fabriki), Rriqa (“Dzintars” fabriki), Tbilisi (“İveriya” fabriki), Kazan, Xarkov və başqa ətriyyat müəssisələrində uzun müddət ətir, odekalon, yuyucu vasitələrin istehsalında istifadə olunmuşdur. Hər bir ton heptiltsiklopentanonun tətbiqindən əldə edilən iqtisadi səmərə 631500 Sovet rublu təşkil etmişdir.

1986-91-ci illər ərzində alkiltsiklopentanonlar əsasında bir mərhələdə laktonların sintez üsulları işlənib hazırlanmış və onların təcrübi-sənaye miqyasında istehsalı təşkil olunmuş, alkilvalerolaktonlardan Sank-Peterburq YPK-da kərə yağına təravətləndirici komponent kimi əlavə edilmiş və yüksək keyfiyyətli marqarin məhsulu istehsalında istifadə edilmişdir. 1991-97-ci illərdə H.M.Əlimərdanovun rəhbərliyi ilə karbohidrogenlərin maye fazada homogen və hetorogen katalizatorların iştirakı ilə oksidləşdirilməsi reaksiyaları tədqiq edilmiş, mono- və bitsiklik doymamış karbohidrogenlərin müvafiq oksidlərə, ketonlara, ikiatomlu spirtlərə, efirlərə bir mərhələdə çevrilməsi reaksiyalarının əsas qanunauyğunluqları öyrənilmiş, bu istiqamətdə bir sıra qiymətli, yeni üzvi maddələrin alınma üsulları işlənib hazırlanmışdır. Norbornen və norbornen fraqmentli doymamış karbohidrogenlərin bir mərhələdə narkomforiya və norbornandiola katalitik oksidləşdirilməsi reaksiyaları ilk dəfə geniş tədqiq edilmiş və onların orijinal alınma üsulları işlənib hazırlanmışdır.

H.M.Əlimərdanovun 1980-cı ildən bilavasitə iştirakı və rəhbərliyi ilə müxtəlif alitsiklik karbohidrogenlərin çevrilmələri istiqamətində məqsədyönlü şəkildə apareılmış fundamental tədqiqatların perspektivliyini xüsusi qeyd etmək lazımdır. Onun beş və altıüzvlü alitsiklik karbohidrogenlərin müvafiq tsikloolefinlərə və dienlərə qismən dehidrogenləşdirilməsi istiqamətində apardığı tədqiqatlar mütəxəsislərin böyük marağına səbəb olmuşdur. Ilk dəfə olaraq bu proseslər üçün yüksək selektivliyə malik katalitik sistemlərin ümumi hazırlanma prinsipləri təklif olunmuş, yeni yüksək effektivliyə malik katalizatorlar işlənib hazırlanmış, reaksiyaların getmə mexanizmləri, molekullarda rabitələrin qırılma ardıcıllıqları öyrənilmiş, riyazi modelləşmə və optimallaşma aparılmış və onların tətbiqi üçün tövsiyyələr verilmişdir.

1998-2007-ci illərdə tsikloheksan və onun törəmələrinin əvvəllər məlum olmayan çevrilmələri – dehidrodisproporsial-laşması və aşağı molekul kütləli spirtlərlə bir mərhələdə alkilləşməsi istiqamətində silsilə tədqiqatlar aparılmış, reaksiyaların mexanizmləri və getmə qanunauyğunluqları öyrənilmiş, naften karbohidrogenlərindən alkilləşmə və dehidrogenləşmə yolu ilə polialkilbenzollların (ksilol, etiltoluol, dietilbenzol və s.) yeni alınma üsulları işlənib hazırlanmışdır. Onun bu istiqamətdə apardığı tədqiqatlar elmi ədəbiyyatda dehidroalkilləşmə reaksiyaları adı ilə qəbul edilmişdir.

Elmi tədqiqatları
Son illərdə professor H.M.Əlimərdanovun rəhbərliyi ilə mono- və politsiklik doymamış, habelə aromatik karbohid-rogenlərin elektrofil reagentləri induksiyalaşdırıcı sistemlərin iştirakı ilə halogen-, oksigen- və azotsaxlayan birləşmələrlə birmərhələli selektiv funksionallaşdırılması istiqamətində silsilə tədqiqatlar aparılmış, bu istiqamət elmi ədəbiyyatda ilk dəfə olaraq induktiv funksionallaşdırma adı ilə qəbul edilmişdir.

Hal-hazırda alimin rəhbərlik etdiyi laboratoriyada tədqiqat işləri mikrosturukturlu materiallar əsasında yeni tip polifunksianal katalizatorların hazırlanması və onların iştirakı ilə doymamış tsiklik karbohidrogenlərin ikiatomlu spirtlərə qədər birmərhələli dihidroksilləşməsi və ikiəsaslı karbon turşularına oksidləşdirilməsi istiqamətində geniş tədqiqatlar aparılır.

Hazırlanmış katalizatorlar alkiltsiklopentanon və tsikloheksanonların etilenqlikol və qliserinlə kondensləşməsi reaksiyasında da yüksək aktivlik göstərmişlər. Sintez olunmuş spiroasetallar yuyucu vasitələrin tərkibində təravətləndirici maddələr kimi sınaqdan keçirilmiş və yüksək nəticələr əldə edilmişdir.

Təltif və mükafatlar
Əsas elmi əsərlərin adları
Kh.M. Alimamdanov and est. "The particularities of oxidative dehydrogenation of metylcyclohexane to metylcyclohexane in the presence of modified mordenite" /Kinetika and catalysis, 1992, T.33, P.885-892
Kh.M. Alimamdanov. "The oxidative dehydrogenation of metylcyclohexane to benzene and isomers of xylene on modified mordenite and erionite" /Kinetika and catalysis, 1994, T.35, N6, P.841-845
M.F. Abbasov, Kh.M. Alimamdanov and et al. "The Catalytic oxidation of alykil-and cycloalkylcyclonones to lactones. Journal of applied chemistry, 1997, T.70, V.4, P.648-655
Kh.M. Alimamdanov and et al. "The Oxidative Dehydrodisproportionation of Cyclohexane Hydrocarbons on Metal Oxide-Modified Zeolites". Petroleum Chemistry, 2001, V.41, N5, P.431-440
Kh.M. Alimamdanov and et al. "Catalytic oxidation of Norbornen to Norcamphor". Petroleum Chemistry, 2004, V.44, N 3, P.196-204
Х.М. Алимарданов и др. Синтез высших спироацеталей конденсацией С3-С7 алкил- и циклоалкилцикланонов с двухатомными спиртами в присутствии гетерогенных катализаторов. Журнал органической химии. 2011. Т.47. №8. С.1136-1142
Х.М. Алимарданов и др. Окисление алкилзамещенных циклопентанонов в псевдогомогенной системе без участия агентов фазового переноса. Журнал общей химии. 2011. Т. 81. Вып. 8. С.1319-1325
Х.М. Алимарданов и др. Влияние иммобилизированных наночастиц углерода на активность цеолитов в окислительном дегидрировании 4-винилциклогексена и этилбензола в стирол. Нефтехимия. 2012. Т.52. №2. С.116-123
Х.М. Алимарданов. Жидкофазное окисление C6–C8 циклоолефинов кислородом воздуха с участием металлосодержащих микроструктурированных карбоновых материалов. Журнал общей химии. 2013. Т.83. №11 С.1822-1829
Х.М. Алимарданов и др. Роль поверхностного кислорода в процесседегидрирования 4-винилциклогексена диоксидом углерода на платино- и железогаллийсодержащих цеолитах. Теорет. и эксперим. химия. 2013. Т.49. №5. С.310-316
Kitabları
V.M.Abbasov, H.M.Əlimərdanov, V.S.Əliyev, A.N.Məmmədov, A.C.Hüseynova, T.H.Xanlarov, R.N.Xudiyeva, A.H.Batıyeva / Kimya (test tapşırıqları) - dərs vəsaiti (XI sinif üçün). "Abituriyent"
V.M.Abbasov, M.M.Abbasov, H.M.Əlimərdanov, T.H.Xanlarova, V.S.Əliyev, T.G.Güləliyev, N.G.Əzməmmədov, R.M.Mustafayeva, A.H.Batıyeva / Kimya. Dərs vəsaiti. Abituriyentlər və yuxarı sinif şagirdləri üçün dəsr vəsaiti, Bakı: "Şərq-qərb", 2005.

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər