Siyasət
25.09.2021, 13:52
Musəvi: “İranın hərbi gücü bütün dost və qonşu ölkələrin xidmətindədir”
“Siz haradan bilirsiniz ki, biz işğaldan öncə orada təlim keçirməmişik?”
Bu sözləri Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistin Azərbaycanla sərhəd ərazilərdə İranın keçirdiyi təlimlərlə bağlı sualına cavab verərkən deyib.
O bildirib ki, keçirilən hərbi təlimləri mediaya açıqlamırlar:
“Bütün hərbi təlimləri bildirmirik. Qeyd edim ki, keçirdiyimiz hərbi təlimlər də birgə gücümüzün ifadəsidir. Biz məsələyə olduğu kimi yanaşmalıyıq. Fərqli-fərqli, bəzən ağlabatmayan fikirlər səsləndirən analitiklərlə bu məsələyə yanaşsaq, çox çətinliklər çəkə bilərik. İran İslam Respublikasının hərbi gücü bütün dost və qonşu ölkələrin xidmətindədir, başda da müsəlman ölkələrinin”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay