Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edib » İnterxəbər.Az
interxeber.az » Siyasət » Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edib


Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edib

2-09-2020, 05:20
Oxunub: 296
Çap et
Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.
Reytinq: