Referendumqabağı təşviqat bu həftə başlayır
Azərbaycanda bu həftənin şənbə günü - sentyabrın 3-də referendumqabağı təşviqatın aparılmasına başlanılacaq.
Interxeber.az “Report”-a istinadən xəbər verir ki, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanacaq və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyyası üç – “Yeni Azərbaycan”, “Bələdiyyə və Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb. Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer, ümumilikdə, 256 yer müəyyən edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay