Ağstafada mədəniyyət ocaqlarının tikintisi davam edir » İnterxəbər.Az
interxeber.az » Bölgə » Ağstafada mədəniyyət ocaqlarının tikintisi davam edir


Ağstafada mədəniyyət ocaqlarının tikintisi davam edir

3-02-2015, 00:00
Oxunub: 663
Çap et
”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli Sərəncamı ilə Ağstafa şəhərində Musiqi və İncəsənət Mərkəzinin tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri işləri sürətlə davam edir.
Musiqi və İncəsənət Mərkəzində tikinti quraşdırma işləri davam etdirilir. Binada dəmir beton - karkas quraşdırma işləri başa çatmaq üzrədir. Ara hörükləri qaldırılır, binanın birinci mərtəbəsinin konstruksiyaları quraşdırılır.
Ağstafa rayon mədəniyyət evinin damı tamamilə dəyişdirilmiş, fasad hissəsində üzlük daşların vurulması işi gedir. Binanın qapı və pəncərələri dəyişdirilmişdir. Binanın tamaşa zalı, inzibati və yardımçı otaqların təmir edilir, istilik-ventilyasiya sistemi quraşdırılır.
Hər iki mədəniyyət müəssisəsinin cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Interxəbər.az
Heydər Əliyev
Reytinq: