Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişlərin xilas edilməsi və təxliyənin təşkili” mövzusunda təlim keçirib.
FHN-dən verilən məlumata görə, mərkəzin Xüsusi Xilasetmə Hissəsinin şəxsi heyəti ilə keçirilən təlimdə əsas məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas olunaraq təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “hündürmərtəbəli bina”da əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.
Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər
AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı
Siyasət
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Siyasət
Pezeşkian Nəhyan ilə görüşdü
Hadisə
Axtarışda olan 114 nəfər saxlanıldı - DİN
Müsahibə
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
Hadisə
Tatarıstanda təyyarə teleqülləyə çırpıldı: ölənlər
Son xəbərlər
İsrail Dəməşqin qərbini atəşə tutdu
Siyasət
İsrail və Livan arasında planlaşdırılan danışıqlar təxirə salındı
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat