Hadisə
15.12.2014, 18:04
Sürücülərin diqqətinə!
Ziya Bünyadov prospektinin əsas yolunda üfüqi nişanlanma, yol nişanları və lövhələrin quraşdırılması başa çatdırılıb. Hazırda köməkçi hissələrdə yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma işləri aparılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, bundan əlavə prospektin Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması hazırda davam etdirilir.
Hava şəraiti imkan verərsə işlərin gün ərzində başa çatdırılması gözlənilir.
Həmin sahədə işlər bu gün yekunlaşarsa səhər saatlarında sözügedən bağlı hissənin açılması planlaşdırılır.(Bizimyol.info)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay