Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Ümid oğlu Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namaz oğlu Namazov və 1988-ci il təvəllüdlü Fərid Quncəli oğlu Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Prosesə hakim Zeynal Ağayev sədrlik edir.

İstintaq zamanı 19 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən edilib.

Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. İ.Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli varlı və tanınmış adamlar da var.

İ.Qəhrəmanova Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2, (quldurluq) 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Digər təqsirləndirilən Zaur Namazova və Fərid Əlibəyova isə Cinayət Məcəlləsinin 32.5 (iştirakçılıq) və 177.3.2-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb. Hər ikisinin barəsində başqa yerə getməmək iltizam tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən İsmayıl Qəhrəmanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində maddi imkansızlıqdan oğurluğa əl atdığını, əldə etdiyi pulların bir qismini gecə klublarında dostlarına, qızlara sərf etdiyini desə də yoxsulluqdan əziyyət çəkən yaxın qohumlarını unutmadığını da göstərib.

75 epizod üzrə təqsirli bilinən İ.Qəhrəmanov ilk cinayəti 17 yaşında törətdiyini deyib: “5 yaşım olanda valideynlərimlə birlikdə Rusiyaya getmişdim. Uzun müddət Tümendə yaşamışıq. 2011-ci ildə atam, anam və qardaşımla birlikdə Bakıya qayıtdıq. Müxtəlif mənzillərdə kirayədə qalırdıq.

İlk oğurluğu 2012-ci ilin mart ayında törətmişəm. Cibimdə pulum yox idi, gecə vaxtı küçədən keçərkən gözüm aptekə sataşdı. Dəmir barmaqlıqları sındırıb içəri keçdim, oradan 16 min 500 manat pul apardım. Sonradan müxtəlif mənzillərdən oğurluq etmişəm. Mənzillərdən pul, qızıl-zinət əşyaları aparmışam.

Ən sanballı oğurluq əməllərim isə 2012-ci ilə təsadüf edir. Təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlamışam. Oğurladığım əşyaları tanış-bilişə ucuz qiymətə satırdım. O qədər öyrəşmişdim ki, artıq küçədə gedəndə gözlərim oğurluq etmək üçün münasib mənzil axtarırdı. Ən çox Binəqədi, Nərimanov və Nəsimi rayonları ərazisində mənzillərdən oğurluq etmişəm. Mənzilləri seçərkən ətrafı diqqətlə nəzərdən keçirirdim. Əvvəlcədən müxtəlif yollarla kiminsə evdə olub-olmamasını yoxlayırdım. Qapının zəngini basırdım, gözləyirdim, tam əmin olurdum ki, evdə heç kim yoxdur, pəncərədən və ya eyvandan girirdim içəri. Əsas qapını arxadan bağlayır, işə girişirdim.

Evlərə əsasən binaların eyvanlarından, pəncərələrdən və nəfəsliklərdən daxil olurdum. Qızıllar və pullar adətən yataq otağında saxlanıldığı üçün axtarışa əvvəlcə oradan başlayırdım. Oğurladığım əşyaları Zaurla birgə “Gənclik” metrosunun yaxınlığında yerləşən zərgərlik mağazasında Fərid adlı şəxsə satırdıq”.

Təqsirləndirilən Zaur Namazov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində İsmayılı ilk dəfə dostu Anarın yanında gördüyünü, sonuncunun özünü ona varlı ailənin övladı kimi təqdim etdiyini göstərib: “İsmayıl atasının arxitektor olduğunu deyirdi. Sonradan dostlaşdıq. İsmayıl maşın sürməyə həvəsi olduğunu deyirdi, mən də maşınımı hərdən ona verirdim ki, sürsün. Sonralar maşını məndən tez-tez bir günlüyə götürürdü. Əvəzində bəzən 100, bəzən də 200 manat gətirib verirdi. Sonuncu dəfə maşını 4-5 günlüyə apardı, gətirmədi. Tez-tez şəhərdəki gecə klublarına, barlara gedirdik. Hesabı həmişə İsmayıl ödəyirdi. Elə vaxt olurdu ki, pulu olmurdu, məndən pul istəyirdi, sonra əvəzini ikiqat qaytarırdı.

Bir dəfə İsmayılla Milli Bankın yanında görüşdük. İsmayıl maşına oturan kimi evdən anasının qızıllarını götürdüyünü və satmaq lazım olduğunu dedi. Həmin qızılları “Gənclik”də Fərid adlı şəxsə satdı. Şəxsiyyət vəsiqəmi Fəridə verdim, surətini çıxartdı, altından qol çəkdim. İsmayıl 200 manat verib axşam maşını götürəcəyini dedi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə İsmayılın “evlərindən” götürdüyü qızılları “28 may” metrosunun yaxınlığında satıblar və bu hal mütəmadi olaraq təkrarlanıb: “İsmayıl maşını içkili vəziyyətdə idarə etdiyinə görə əlindən almışdım və ona bir daha maşın verməyəcəyimi demişdim. Polis əməkdaşları məni Nəsimi Rayon Polis İdarəsinə dəvət etdilər, İsmayıl barədə soruşdular. Orada mənə məlum oldu ki, İsmayıl mənzillərdən oğurluq edirmiş”.

Digər təqsirləndirilən şəxs qismində dindirilən Fərid Əlibəyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində “Gənclik” metrosu yaxınlığında zərgərlik mağazasında işlədiyini, qızılların alışı ilə məşğul olduğunu göstərib: “İki cavan oğlan qızıl gətirmişdi, şəxsiyyət vəsiqəsi tələb etdim. Onlardan biri sənəd verdi, qızılların evdəkilərə məxsus olduğunu dedi və altından qol çəkdi. Həmin şəxslər mütəmadi olaraq hər on gündən bir qızıl gətirirdilər. Hər dəfə Zaur adlı şəxsə “öz malımdır, öz razılığımla satıram” yazdırıb altından qol çəkdirirdim. Polis əməkdaşları məni Nəsimi Rayon Polis İdarəsinə dəvət edəndə İsmayılın gətirdiyi qızılların oğurluq olduğunu bildim”.

Məhkəmə prosesi yanvarın 16-da davam etdiriləcək. (Virtualaz.org)
1 milyonluq qızıl aparan 17 yaşlı peşəkar oğru danışdı

Son xəbərlər

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

İranın vitse-prezidenti Rəisinin helikopterinin qəzaya uğradığı yerə gedib

Rusiya Ukraynada yaşayış məntəqəsində nəzarəti ələ alıb

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Belarus Prezidenti Aleksandr Lukaşenko ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb - FOTO

Estoniya hökuməti Ukraynaya qoşun göndərəcək?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər - FOTO

Bütün xəbərlər