Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasında iştirak edəcək.
"Report" Ukraynanın Prezident Ofisinin saytına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevi qəbul edərkən deyib.
Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və onların Kişineudakı son görüşlərinin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edə bildiklərini qeyd edib: “Xüsusilə, biz Azərbaycanın İrpen şəhərinin bərpasında iştirakına razılaşdıq”.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, - dövlət başçısı vurğulayıb.
Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib.
O, Rusiyanın silahlı təcavüzünün nəticələrinin, xüsusən də Rusiya Federasiyasının Kaxovka Su Elektrik Stansiyasında törətdiyi texnogen fəlakətin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Volodimir Zelenski Azərbaycanın Ukrayna sülh formulunun həyata keçirilməsində fəal iştirakına və Qlobal Sülh Sammitində iştirakına ümid etdiyini söyləyib.
Prezident Azərbaycan iş adamlarını indidən infrastruktur və enerji layihələrinin icrasına qoşulmağa dəvət edib.
Son xəbərlər
Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasında iştirak edəcək
Siyasət
ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski şərti açıqladı
Siyasət
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Son xəbərlər
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Texnologiya
Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
Hadisə
Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - Din görüntüləri yaydı
Müsahibə
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb
Son xəbərlər
Külək güclənəcək - Xəbərdarlıq verildi
Son xəbərlər
İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı
Son xəbərlər
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
Hadisə
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
Siyasət
Tramp İrana qarşı hiyləgər taktikadan danışdı
Siyasət
Rəsmi Bakı: Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
Siyasət
İran ABŞ-ın radar sistemini məhv etdi
Siyasət
Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz
İdman