Prezident İlham Əliyev "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.


"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.

Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.

Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.

Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.

Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.

Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Son xəbərlər

Əli Əsədov yeni qərar imzaladı

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

İran ABŞ ilə danışıqları dayandırır - SON QƏRAR

Qarabağda bu yol ödənişli oldu - Rəsmi

İsrail ordusu Livanda mühüm qalanı ələ keçirdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Rusiya Ermənistanı hədələdi: Ləğv edəcəyik!

Ərdoğan: "Türkiyə İranla bağlı istənilən razılaşmanın icrasına dəstək verməyə hazırdır"

KİV: ABŞ İran neftinə qoyulmuş sanksiyaları dayandırmaq öhdəliyi götürür

FIFA İran millisinin xahişini qəbul etdi

Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək - Rubio

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

Sadır Japarov Azərbaycana gəldi

Ümumdünya Şəhərsalma Forumunun bayraqqaldırma mərasimi keçirilib - FOTO - VİDEO

Xameneinin müşaviri bu ölkələrə xəbərdarlıq etdi

Fidan Bagiri ilə görüşdü

Ərdoğan Qazaxıstana getdi

Türkiyəyə çağırış: NATO-ya bənzər yeni ittifaq...

Bu raket nüvə başlığı ilə təchiz edilə bilər - Putin

Abadlaşan Hacıqabul – Yaşıllığın yeni siması

İranda alim EDAM EDİLDİ

Fransada hantavirusa ilk yoluxma halı qeydə alındı

Paşinyan Aİİ görüşündən imtina etdi

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Putin Zelenskini Moskvaya dəvət etdi

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

ABŞ İranın silahlanmasına kömək edən 10 şirkət və şəxsə sanksiya tətbiq etdi

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Bütün xəbərlər