“Ukrayna NATO-nun üzvü olsaydı belə, yenə də “Ukraynanın müstəqilliyi uğrunda döyüş” baş verərdi, lakin bu, başqa mənzərədə olardı”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın aparıcı universitetlərinin tələbə icması ilə söhbəti zamanı deyib.
Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciətləri və Ukraynadan fərqli olaraq bu müraciətlərin tez bir zamanda cavab almasına dair suala cavabında Zelenski Finlandiya və İsveç üçün çox sevindiyini bildirib.
“Düşünürəm ki, bu, çox düzgün seçimdir. Təəssüf ki, bu seçim Ukraynada müharibənin başlamasına görə oldu. Amma hesab edirəm ki, müharibə bu kimi çox hörmətli ölkələrin, onların liderlərinin və ən əsası da onların cəmiyyətinin belə qərarlar almasına səbəb oldu”, - deyə Zelenski qeyd edib.
“Ukrayna bunu (NATO-ya daxil olmaq. - red.) işğaldan əvvəl istəyirdi. Ukrayna bunu hələ 2014-cü ildə müharibə başlamazdan əvvəl istəyirdi... Mən nə hiss edirəm? Sizə yalnız bir şeyi deyə bilərəm: “bu və ya digər uğursuz addımlara görə bu addımları atanlar nəsə hiss etməlidirlər. Mən hiss edirəm ki, müəyyən qurumların vaxtında verdiyi düzgün qərarları tariximizin bu qanlı hissəsində müharibə nəticəsində həlak olan çox sayda insanın sağ qalmasına səbəb ola bilərdi”, - deyə Zelenski vurğulayıb.
Onun fikrincə, Ukrayna Alyansın üzvü olsaydı belə, yenə də onun müstəqilliyi uğrunda döyüş gedərdi.
“Ukrayna NATO-nun üzvü olsaydı belə, yenə də “Ukraynanın müstəqilliyi uğrunda döyüş” baş verərdi. Ancaq mənzərə başqa cür olardı. Mən belə düşünürəm. Bu qədər itkilər olmazdı, Rusiya tərəfindən hansısa kiçik hərbi münaqişə və ya təxribatlar, onların fikir ayrılığı və s. olardı, ancaq hesab edirəm ki, biz daha çox insanın həyatını xilas edə bilərdik”, - deyə dövlət rəhbəri qeyd edib.
Mənbə: Ukrainskaya pravda
Müsahibə
“Ukrayna NATO üzvü olsaydı belə, yenə də “müstəqillik uğrunda döyüş” olardı”
İqtisadiyyat
İqtisadi Şuranın iclası keçirildi
Siyasət
Binanın başımıza uçacağını düşünürdük - Tramp
İqtisadiyyat
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
Tarix
Prezident fərman imzaladı
Hadisə
Tehranda metro stansiyaları sığınacaq kimi hazırlanır
Son xəbərlər
Putinlə Tramp arasında telefon danışığı olub
Siyasət
Qələbə çox yaxındır, əminik... - Peskov
İqtisadiyyat
Kanada ABŞ məhsullarına 50 faizlik rüsumlar tətbiq etdi
Son xəbərlər
Əli Əsədov onu vəzifədən azad etdi
Siyasət
Putin Paşinyanı Moskvaya çağırdı - Peskov
Müsahibə
Almaniyanın bu addımı müharibənin başlanğıcıdır - Lavrov
Siyasət
Avropalı müşavirlər də Kiyevə gəldilər
Texnologiya
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO
Siyasət
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
İqtisadiyyat