Son xəbərlər
3.09.2020, 03:31
ABŞ COVID-19 vaksininin hazırlanmasında ÜST və Çinlə əməkdaşlıq etməyəcəyini bəyan etdi
ABŞ koronavirusa qarşı vaksinin hazırlanması və yayılması üzrə beynəlxalq təşəbbüslərdə iştirak etməyəcək.
“İnterfax” agentliyi xəbər verir ki, Ağ Evin mətbuat katibi Jadd Dir bu açıqlama ilə çıxış edib.
J.Dir bildirib ki, sözügedən təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı olduğu üçün Birləşmiş Ştatlar orada yer almayacaq.
“ABŞ koronavirusla mübarizə üçün beynəlxalq partnyorları cəlb etməyə davam edəcək, lakin biz fəaliyyətimizi korrupsiyalaşmış Ümumdünya Səhiyyə Təşkilatının və Çinin təsiri altında olan təşkilatlarla məhdudlaşdırmaq fikrində deyilik”, - deyə Ağ Evin mətbuat katibi bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay