(I yazı) “Mənə məlum olmayan nöqsanları tapıb açıqlayan hər bir jurnalistə minnətdar olacağam” İlham Əliyev AR Prezidenti
Bu yaxınlarda Binəqədi rayon Azadlıq prospektindəki hadisə,çoxmərtəbəli yaşayış binasının yanması cənab Prezidentimiz başda olmaqla hamını kədərləndirdi.Və hamını bir sual narahat elədi: “görəsən günahkar kimdir?”
2015 1-ci Avropa oyunlarınn keçirilməsi ilə əlaqədar bütün dünyanın diqqəti bizdədir.Bizi istəyənlər də var,istəməyənlər də..Bu ərəfədə hər cür təxribatlar da istisna deyil. Odur ki,olduqca ayıq-sayıq olmalıyıq! Ehtmallardan biri də bu idi…
Birmənalı şəkildə bəllidir ki,binanın keyfiyyətsiz materialla üzlənməsi ilə bağlı müvafiq sənədlərə imza atanlar bu hadisədə məsuliyyət daşıyırlar.Bu işdə heç bir səlahiyyəti olmayan zavallı şəxsləri günahlandırıb sızıldatmaq yox,əsas fiqurları ortaya çıxarıb şapatdamaq lazımdır.Uıu Öndərin çox dahiyanə şəkildə demişdi:”Dövlət iki şeydən sarsıla bilər;Günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda!”
Bu binanın yanması ilə təkcə sakinlər xəsarət almadılar.Onlarla bahəm sahibkarlar da diri-diri yandılar,cızdağları çıxdı..Bu maddi-mənəvi yanğı idi.Və bunu cənab Prezidentdən başqa hec kəs görmədi və nəzərə almadı…
Heç kəsə sir deyil ki,10 milyonluq əhalinin bütün ağırlığı cənab Prezidentin və sahbkarların üzərinə düşür..Sahibkarlar ölkənin bar verən ağaclarıdır..Bu ağacları budamaq yox,onun qol-budaq atmasına kömək etmək lazımdır..Sahibkarlığın inkişafına,süni maneələrin aradan qaldırılmasına cənab Prezident həmişə qayğı və həssaslıqla yanaşır..Bəs sahibkardan alınan vergi və gizli rüşvət hesabına “ucda yeyib,qıraqda gəzən” bəzi məmurlar nə düşünür? Yoxsa zəli kimi son damla qanını sovurmamış sahibkarın belindən düşmək istəmir?!Hər hansı binanın təməli qoyulanda “məsçid hazır olmamış kor əsasını söykədiyi kimi” o gəlir ver!bu gəlir ver!
Bu hadisə ilə bağlı cənab Prezidentin tapşırığı ilə xüsusi komissiya yaradıldı.Günahkarların müəyyən edilib cəzalandırılması və yanğına həssas materiallarla üzlənmiş binaların yenidən sökülüb daha keyfiyyətrli materiallarla üzlənməsi barədə maddi məsul şəxslərə xüsusi tapşırıqlar verildi...
Təbii ki,dövlət vəsaiti ilə tikilən binaların yenidən sökülüb üzlənməsi dövlət büdcəsi hesabına həyata keçirilir.Bəs,banklardan ağır şərtlər daxilində pul götürüb güc bəla ilə tikintini başa çatdıran sahibkar neyləməlidir?Axı o son qəpiyini də binanın yekun işlərinə,vergi orqanlarına və digər gedib- gələn qolu papkalılara xərcləmişdi?Sahibkarın günahı nədir? Binaların üzlənməsi üçün zəruri olan materiallara lazımi instansiyalar qol çəkib,hər cür uyğunluq setifikatı verib...Sahibkar da məmurların verdiyi bu sertifikatlara inanıb.Sual olunur burda sahibkarın günahı nədir? Niyə sahibkar yenidən borca düşməli,banklara ağız acmalı,ən son anda”dvoynik” olmalı,ölkədən qaçmalı və ya intihara cəhd etməlidir?! Sahibkarlardan yığılan vəsaitlər hesabına formalaşan Sahibkarlar Konfederasiyasının,Həmkarlar Təşkilatlarının niyə səsi çıxmır? Yoxsa onlar da yanmış binanın tüstüsündə boğulublar?!
Gözəl qanunlarımız var.Və bu qanunlarla hamı kimi sahibkarların da hüquqları qorunur.Amma bəzi məmurlar bu qanunların işlək mexanizmə çevrilməsinə imkan vermirlər...Ən azı ona görə ki,qanunlar işləsə bəzi məmurlar ac qalacaqlar...Ona görə də onlara qanunların kristal deyil,digər iki aqreqat halı daha artıq sərf edir....
Yəqin ki,cənab Prezident zəhmətkeş sahibkarların zəhmətini dəyərləndirəcək və onların minbir əziyyətlə üzlətdiyi binaların sökülüb yenidən davamlı materiallarlarla üzlənməsini dövlət vəsaiti və ya günahkarların şəxsi vəsaiti hesabına üzlətdirilməsi barədə müvafiq göstəriş verəcəkdir...Biz cənab Prezidentin ədalətinə və prinspiallığına dərindən inanırıq! Yaşasın İlham Əliyev!
(Oktopod silsiləsindən yazılar davam edəcək!Bizi izləyin…)

Əmir ƏRƏSTUNOĞLU
Yazıçı_publisist,AJB üzvü, ”Qızıl Qələm” mükafatı laureatı

Son xəbərlər

Ağdam sakinlərinə ŞAD XƏBƏR - Üç kəndə köç olacaq

İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB + FOTO

Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Bütün xəbərlər