İstintaq və əməliyyat-axtarış tədbirləri Prezidentinin nəzarətindədir Hacıbala Abutalıbov zərərçəkən sakinlərə villa, kottec və pul vəd etdi
Dünən Azadlıq prospektində baş vermiş yanğın hadisəsi ilə bağlı fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Prezidentin nəzarətindədir. Prokurorluğun məlumatına görə, yanğınla bağlı Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov tutulub.

Qeyd edək ki, hadisə yerində olan Baş prokuror Zakir Qaralov ilkin açıqlamasında bildirib ki, yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. O qeyd edib ki, icra orqanlarından təhvil-təslim aktları götürülüb və hərəkətə lazımi qiymət veriləcək.

“Global Construction” şirkəti möhürləndi

Bna üzlüklərini istehsal edən “Global Construction” şirkəti bağlanıb. Daxili İşlər Nazirliyinin əməkdaşları üzlük istehsal edən sexin qapısına möhür vurublar. Sexin əməkdaşları isə bayıra buraxılmayıb. Şirkətin daxilində araşdırma aparıldığı bildirilir. Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir. Bundan başqa şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb. Qeyd edək ki, yanğın baş verdikdən sonra şirkətin saytı da fəaliyyətini dayandırıb.

«Global Construction» Beynəlxalq Banka «pul atıb»

Qeyd edək bir müddət əvvəl virtualaz.org “Global Construction” şirkətindən yazıb. Bildirilir ki, “Global Construction”ın adı yaxın keçmişdə, 2011-ci ildə Beynəlxalq Bankdan yüz milyonlarla dollarlıq vəsaitin kredit şəklində çıxarılması və geri qaytarılmaması ilə bağlı qalmaqalda çəkilmişdi. “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xaqani Bəşirovdur. O, Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5 faiz).

Bildirilir ki, ölkədə poliuretanın istehsalı və tətbiqi ilə məşğul olan bir neçə şirkət var. "Global Stone" hələ 2011-ci ildə zavodun açılışını edib. Tamamlanmış layihələrdən keçən il Gəncədəki Heydər Əliyev Park-Kompleksi (Zəfər Tağı), Ziya Bünyadov prospektindəki 9 mərtəbəli yaşayış binasının fasad rekonstruksiyası, icra mərhələsində olanlar M.Araz küçəsindəki yenə 9 mərtəbəli yaşayış binası, Azərbaycan Veteranlar Təşkilatının inzibati binası və Mətbuat prospektində 5 mərtəbəli yaşayış binası göstərilir. Şirkətin partnyorları "Global Construction", "Global Light", "Poliplast" və "M-Line"dır.

"Global Construction"ın saytında fasadlara və interyerə poliuretan örtüklərinin quraşdırılması xidmətlərini təqdim etdiyi yazılır. Gəncədə Heydər Əliyev Park-Kompleksi, Ziya Bünyadov prospektində üç ədəd 9, iki 5, Bakıxanov qəsəbəsində bir 5 və yeddi 9, Bibiheybət qəsəbəsində 17, Heydər Əliyev prospektində 5 və 16, Atatürk prospektində 16, Təbriz küçəsində iki 9, Yusif Qasımov küçəsində 9, S.Orucova küçəsində 9, A.M.Cümə küçəsində 14, Həsənoğlu küçəsində 9, 13 və 16, Bayıl qəsəbəsində 16, Qaradağ rayonu Sahil qəsəbəsində beş 9, Mayakovski küçəsindəki 4, Buzovnada 9 mərtəbəli yaşayış binaları, Auditorlar Palatası, Azərbaycan Beynəlxalq Bankı, Bakı Klinikası, Günəş Şadlıq sarayı, F.Xoyski küçəsində 200 saylı bağça, Dövlət Sərhəd xidmətinin Akademiyası, Dövlət Miqrasiya xidmətinin inzibati binası, Sumqayıtda 5, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış binası, orta məktəb binası, uşaq bağçası, Saatlı rayon İcra Hakimiyyəti və daha 10-larla bina tamamlanmış və icra mərhələsində olan poliuretan fasadlı layihələrdir.
İcra hakimiyyəti məsuliyyəti üzərindən atır

Binəqədi rayon İcra Hakmiyyəti isə baş verən güclü yanğına görə məsuliyyət daşımadığını açıqlayıb. İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov Azvision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür. “Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.
Hacıbala Abutalıbov: «Hələlik min manat veriləcək…»

«16 mərtəbəli binanın sakinlərinin hamısı gün ərzində müəyyənləşdirilmiş evlərdə yerləşdiriləcək".
Bunu APA-ya açıqlamasında Azərbaycan prezidenti Ilham Əliyev in sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Sərifov deyib.
A. Şərifov qeyd edib ki, həmin evlərdə yerləşmək istəməyən ailələrə başqa evlərdə kirayə qalmaq üçün pul veriləcək.

Yanğın zamanı həyatını itirən şəxslərin dəfn xərclərinin dövlət tərəfindən qarşılanacağını bildirən A. Şərifov yanğın zamanı xəsarət almış şəxslərin müalicəsinin də diqqət mərkəzində olacağını vurğulayıb.

“Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək”.
Bunu isə yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: "Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə - 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək". Onun sözlərinə görə, dəyən ziyandan asılı olmayaraq, sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək: "Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğ veriləcək. Həmçinin məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacaq".

Mer həmçinin bildirib ki. binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər.
H.Abutalıbovun sözlərinə görə, dövlət başçısının sərəncamı ilə yaradılan Dövlət Komissiyası sabaha (bu günə-red)qədər qərar verməlidir: "Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var". Onun sözlərinə görə, əgər komissiya arayış versə ki yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistana rəsmi səfərini yarımçıq kəsərək Bakıya qayıdıb.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nagdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanmış binanın ərazisinə gəliblər.
Onlar hadisə yerinə baxış keçiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.
Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.

Deputat: “Binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, müvafiq qurumlar bu dəhşətli hadisəyə müvafiq qurumlar rəsmi mövqe bildirməlidirlər. “Ümumiyyətlə, binaların tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Hansısa biznesmen öz malını satır, Bakı Şəhər İcra Hakimiyyəti də buna icazə verir, baş verənlərə göz yumur. Binaların belə tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Bakıda ikinci belə hadisə yaşanır. Düşünürəm ki, binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır. Çünki o insanlar hər an təhlükə içərisindədirlər” - deputat bildirib.

Son xəbərlər

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər

SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Şimali Koreya yeni hərbi dəniz bazası tikir

Bill Qeyts süni intellektin dünyanı məhv edəcəyi ehtimalını qiymətləndirdi

Bütün xəbərlər