Azərbaycanın bir həftə ərzində baş verən iki hadisəni - əsgərlərə işgəncələr və bayraq təxribatını birləşdirərək Ermənistana qarşı həmlə strategiyasına yeni elementlər qatacağı şübhəsizdir. Baş verənlər Nikol Paşinyan administrasiyasının işini daha da çətinləşdirəcək.

Əlverişsiz hava səbəbindən hərbi xidmət etdikləri Naxçıvan ərazisindən azaraq Ermənistana keçən iki hərbi qulluqçu ilə bağlı vəziyyət Bakı-İrəvan danışıqlarındakı gərginliyə əlavə yük vurur.

Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistanın əsirliyindədirlər, onlar işgəncələrə məruz qalırlar, lakin beynəlxalq təşkilatların bəyanatları çox sönük görünür. Burada təəccüblü bir şey yoxdur, Qarabağın və indiki Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycan haqsız tərəf kimi göstərilib və erməni millətçiliyinə haqq verən mövqelər dövriyyədə olub.

Azərbaycanlı əsirlərin humanitar qaydalara və beynəlxalq konvensiyalara zidd davranışlara məruz qalmaları sülh gündəliyi üzrə problemləri artıracaq.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Hücum strategiyasında yeni elementlər

Ancaq bu da məntiqlidir ki, Azərbaycan beynəlxalq aləmdə və danışıqlar masasında hərbi-humanitar aspektlər üzrə əlini gücləndirəcək.

Bu hadisənin hərarəti soyumamış Ermənistanda daha bir təxribat yaşandı - İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına hücum edildi. Hadisə Ermənistanın beynəlxalq və mötəbər tədbirlərə ev sahibliyi etmək statusunu əlindən alan prosesə çevrilə bilər.

Azərbaycanın bir həftə ərzində baş verən iki hadisəni - əsgərlərə işgəncələr və bayraq təxribatını – birləşdirərək Ermənistana qarşı həmlə strategiyasına yeni elementlər qatacağı şübhəsizdir. Həqiqət budur ki, Azərbaycan danışıqların nəticələrini istədiyi kimi sona çatdırmaq üçün Ermənistana təzyiqlər etdikcə və İrəvan ikibaşlı mövqe sərgilədikcə sülh proqramına xələl gətirilən hadisələr də olacaq.

Paşinyan böyük dilemma qarşısında

Sülhə aparan yol ilkin stereotiplərin dağılmasıdır, bu, daha çox milli-mənəvi dünyadakı dəyişikliklə əlaqədar olmalıdır. Ermənistan hakimiyyətində və erməni cəmiyyətində isə revanş üçün maksimalist mövqe qalmaqdadır, hərçənd, getdikcə bunun əlçatmaz olduğunu başa düşəcəklər.

Ermənistanda müharibənin tərəfdarı olanlar emosiyaları qızışdırdıqca Nikol Paşinyan administrasiyasının işi çətinləşir. Baş nazir böyük dilemma qarşısındadır – bir tərəfdən Azərbaycanın təzyiqləri, digər yandan isə erməni cəmiyyətindəki əhvali-ruhiyyənin onu sıxışdırması.

Son hadisələrdəki millətçilik-daşnak motivlərinin özünü aydın göstərməsi Azərbaycana danışıqlarda təqdim edəcəyi arqumentləri çoxaldır. Sülh gündəliyinin effektiv nəticələr hasil etməsi üçün birinci növbədə Ermənistandakı anti-Azərbaycan ovqatında redaktələr edilməlidir. Əks təqdirdə Azərbaycan hərbi-siyasi addımlarla erməni cəmiyyətinin gözündəki od-alovu söndürəcək.

Azərbaycan, onsuz da, Ermənistan üzərində böyük üstünlüklərə malikdir, lakin erməni cəmiyyətinin qorxusu bir az ələ fürsət düşən kimi qəfil şəkildə qisasçılıq hissi ilə əvəzlənir. Deməli, Ermənistan tərəfdən ara-sıra eşidilən sülh səsləri sürüşkən xarakterə malikdir, sadəcə, vaxt qazanmaq üçün ortaya atılan ideyalar toplusunun bir qismidir.

Azərbaycanın alternativ variantları

Revanşist hisslərin sönməməsi Azərbaycanı alternativ variantlara sövq edir və Bakı məcburdur ki, sərhədlərin delimitasiyasından tutmuş bir çox digər əməliyyatları fərqli formada həyata keçirsin. Yalnız bundan sonra revanşizm də, Ermənistanın dövlət siyasətindəki qeyri-müəyyənlik də təhlükəsiz məsafələrə çəkilə bilər. Hələ ki, danışıqlar üçün imkanlar tükənməyib və kanallar qapadılmayıb. Müsbət cəhət odur ki, Azərbaycanla Ermənistan bəzi problemlərin həllində müəyyən mexanizmləri gücləndirməyə çalışırlar. Ancaq Ermənistan sülh proqramında irəliləyiş üçün müəyyən edilmiş qrafiklərə əməl etməli və sərhəddə insidentlərdən çəkinməlidir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər rəsmi Bakının tələb və şərtlərini yerinə yetirməli, təmaslar üçün düzgün mövqedə dayanmalıdırlar.

Ermənistan və Qarabağdakı erməniləri ruhlandıran kənar qüvvələr Azərbaycana qarşı xırda xallar qazanmağa cəhd etməməlidirlər. Təcrübə göstərir ki, bunun faydası yoxdur. Bütün bunlar danışıqların konseptual istiqamətlərini təşkil edir, ancaq maraqlı olan budur ki, həmin ümumi ideyalardan hansı detallar çıxır. Bu detallar, əsasən, iki mərkəzdə - Rusiyada və Avropa İttifaqında müəyyən edilir və hərəsinin öz xarakteri mövcuddur. Son zamanlar isə bu tendensiyaya ABŞ də aşkar şəkildə qoşulub.

Azərbaycan üçün Rusiya mərkəzli danışıqlar ona görə əhəmiyyətlidir ki, 10 Noyabr Bəyanatının icrası üzrə Moskvanın öhdəlikləri xatırlansın və Kremlin üzərinə məsuliyyət qoyulsun. 10 Noyabr Bəyanatı ümumilikdə postmünaqişə dövrünün hərbi-siyasi və təhlükəsizlik, iqtisadi aspektlərini təyin edən baza sənəddir.

Avropa İttifaqı və ABŞ isə daha çox humanitar məsələlərin həllində mühüm rol oynayır, hərçənd, artıq onların da ambisiyaları genişlənib və hərbi ölçü almağa başlayıb. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası regionda vəziyyəti tarazlaşdırmaq əvəzinə, daha da gərginləşdirir, çünki Rusiya Qərbin bölgədəki aşkar iştirakına fərqli yollarla cavab verə bilər.

Proqnozları ümumiləşdirsək, deyə bilərik ki, Azərbaycanla Ermənistan arasında insidentlər davam edəcək və bunun hərbi ölçüləri daha çox sərhəddə özünü göstərəcək. Lakin danışıqlar da bu proseslərin davamı kimi gündəmdə qalacaq.

Son xəbərlər

İran əllərini tətikdən çəkməyəcək - Pezeşkian

Keşləni su basdı: Nazir müavini hadisə yerində - Video

SAXAL İranda 120 hədəfi atəşə tutub

ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirdi

Vilayət Eyvazov rəislərə tapşırıq verdi: Müraciətlər nəzarətə götürüldü

İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər

Qurbanov ilk dəfə baş hakim kimi təyinat aldı

İran Hörmüzlə strateji qələbə qazandı

Ukrayna Pasxa atəşkəsinə hazırdır - Zelenski

Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü

ABŞ əsgərlərini yandırmaq üçün gözləyirik - Qalibaf

İran İsrailin Modiin şəhərinə zərbələr endirdi

Husilərin lideri İsrail və ABŞ-ı hədələdi

Ərdoğan helikopter qəzasına görə başsağlığı verdi

AB İranla müharibə istəmir - Vever

Netanyahu Zelenski ilə danışıqlar üçün müraciət etdi

Münaqişəyə diplomatik yolla son qoymaq... – Bəqai

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

İranın yeni dini lideri bəlli oldu

Almaniya Azərbaycana təşəkkür etdi

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

Putin Xameneiyə görə başsağlığı verdi

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Suraxanı Rayon Yol Polisi İdarəsi fəaliyyətində müsbət dinamika: təhlükəsizlik göstəricilərində artım

Pezeşkian Papikyanla müzakirədə Azərbaycanı xatırlatdı

Hakan Fidan Rüstəm Umerovla görüşdü

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Rusiya diplomatiyanı deyil, zərbələri üstün tutur - Zelenski

Ukrayna Luqanskdakı neft bazasını vurdu

Tramp İranla bağlı bu fürsəti əldən verdi

İlham Əliyev Münhendə iclasda iştirak edir - Canlı

Azərbaycanın bu mövqeyi üstünlükdür, lakin... - Prezident

DTX Mehdiyevin evində nələr tapdı?

Bütün xəbərlər