İşgəncələrə Qarşı Azərbaycan Komitəsi “Human Rights Watch” təşkilatının Azərbaycanın guya hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarına öz etiraz bəyanatını yayıb.
Komitədən verilən məlumata görə, bəyanatda bildirib ki, adıçəkilən təşkilatın açıqladığı hesabat tam qərəzli və qeyri-obyektivdir:
“Təəssüflə bildiririk ki, təşkilat tərəfindən Azərbaycanın erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat qeyri-obyektivdir və heç bir həqiqəti əks etdirmir.
Biz İşgəncələrə Qarşı Azərbaycan Komitəsi olaraq hələ birinci Qarabağ müharibəsindən bu günə qədər dəfələrlə Azərbaycana könüllü keçmiş ailələrlə, ağ bayraq qaldıraraq təslim olmuş, əsir düşmüş hərbi diversantlara və mülki şəxslərə saxlandıqları yerlərdə baş çəkmişik, onlarla təkbətək görüşlər keçirmişik, saxlanma şəraiti ilə və onlara qarşı rəftarla maraqlanmışıq.
Qətiyyətlə bildiririk ki, həmin əsirlərlə Cenevrə Konvensiyasının tələblərinə tam uyğun qaydada davranılıb. Lakin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girov götürülən şəxslərə verilən işgəncələr, həmin şəxslərə qarşı sübuta yetirilmiş şərəf və ləyaqəti alçaldan davranış, işgəncə və cəza növlərinə görə onlarla cinayət işi açılsa da, bəzi beynəlxalq təşkilatlar bu faktlara göz yumur və yummaqdadır.
Çox təəssüf ki, Ermənistan tərəfi dəfələrlə Azərbaycanlı əsirlərə qarşı qeyri insanı rəftar, işgəncə, şərəf və ləyaqəti alçaldan davranış və cəza növlərindən istifadə edib. Öz dədə-baba yurdlarını ziyarətə gedərkən erməni hərbçiləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülərkən işgəncələrə məruz qalması barədə yayımlanan kadrlar, İkinci Qarabağ müharibəsi zamanı yaralanaraq ermənilər tərəfindən əsir götürülən hərbi qulluqçularımıza verilən işgəncələrlə bağlı erməni tərəfinin yaydıqları videogörüntülər nədənsə həmin qərəzli bəyanatlar yayan təşkilatalrın marağında deyil.
Ermənilərin marağına xidmət edən bu cür təşkilatlar düşmənin cinayətlərini ört-basdır etməklə Azərbaycana qarşı şər-böhtan xarakterli məlumatlar yayaraq ölkəmizə qarşı təzyiqlər etmək istəyir”.
Bəyanat ingilis və rus dillərinə tərcümə edilərək bütün beynəlxalq təşkilatlara ünvanlanacaq.
Siyasət
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi “Human Rights Watch” təşkilatına etiraz etdi
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat
Neft yenidən ucuzlaşdı
Bölgə
Prezident bu başçını vəzifədən azad etdi
Son xəbərlər
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
Müsahibə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Siyasət
Ərdoğan Suriyaya səfər edəcək - Fidan
Son xəbərlər