Ermənistan rəhbərliyi növbəti dəfə beynəlxalq hüquqi normaları pozaraq öz həqiqi simasını göstərdi.

Caliber.Az-ın əldə etdiyi məlumata əsasən, bu il may ayının 5-də rəsmi İrəvan zirehli gödəkçələrin Rusiyadan Ermənistana gətirilməsini həyata keçirib. Üstəlik, bunu Gürcüstanın hava məkanından istifadə edərək “Bort № 1”in vasitəsi ilə həyata keçirib.

Xatırladaq ki, Gürcüstan Ermənistan Respublikası Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş zirehli gödəkçələrinin öz ərazisindən keçirməsinə imtina etmişdi.

Belə ki, Gürcüstan sərhədçiləri mayın 1-də yük maşınlarında daşınan zirehli gödəkçələrin Rusiya ərazisindən Ermənistana göndərilməsinə icazə verməyiblər.

Martın 5-də Moskvadan göndərilən zirehli gödəkçələrin olduğu iki yük maşını bir aydan çox müddət ərzində Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” nəzarət-keçid məntəqəsinin neytral zonasında qalıb. Martın 28 isə Gürcüstan sərhədçiləri sürücülərin bütün sənədlərini əllərindən alıb.

Sərhəddə bir aydan çox müddətdə qalan yük sonra yenidən Rusiyaya göndərildi.

Görünür Ermənistandakıların ağılına bu məsələnin Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına standartlarına zidd olmasına baxmayaraq, yüklərin “Bort №1”lə daşınmasından daha yaxşı variant gəlməyib.

Bizə məlum olub ki, 29 aprel tarixində “701” qeydiyyat nişanlı “Airbus A319-132” təyyarəsi İrəvandan havaya qalxaraq baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı və onun rəhbərlik etdiyi rəsmi heyəti Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirakını təmin etmək üçün Kazana uçub.

Daha sonra mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, erməni nümayəndə heyətinin Kazandan İrəvana qaytarmalı olan təyyarədə texniki nasazlıq yaranıb və erməni rəsmilərinin başqa bir təyyarədə ölkəyə qaytarılmasına qərar verilib.

Eyni zamanda, sözügedən təyyarə təmir üçün Kazanda qalıb.

Caliber.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, Ermənistan tərəfi mövcud vəziyyətdən istifadə edərək Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin təşəbbüsü ilə “Bort № 1” təyyarəsini Vladikavkaza göndərərək Ermənistan müdafiə nazirliyi üçün nəzərdə tutulmuş və əvvəllər Gürcüstan ərazisindən Ermənistana buraxılmayan zirehli gödəkçələrin daşınması üçün istifadə edib.

Flighradar24.com-un məlumatına görə, “Bort № 1” mayın 5-də Kazandan havaya qalxıb və Vladikavkaz hava limanına qısamüddətli eniş edib.

Saat 13:17-də təyyarə Şimali Osetiyanın paytaxtına enib, oradan, saat 16:46-da qalxaraq Gürcüstan ərazisindən tranzitlə İrəvana uçub və saat 18:06-da eniş edib.

Beləliklə, erməni tərəfi bir daha humanitar yardım bəhanəsi ilə prezidentin rəsmi təyyarəsindən istifadə edərək bütün hüquqi normaları kobud şəkildə pozub, həmçinin Gürcüstan hakimiyyətinin qadağalarına məhəl qoymayaraq ölkəyə qanunsuz olaraq hərbi məhsulları daşıyıb.

Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil. Belə ki, 3 oktyabr 2020-ci ildə Qarabağdakı döyüş əməliyyatları zamanı Ermənistan hökuməti Moskva-İrəvan marşrutu üzrə nəzərdə tutulan rəsmi təyyarədə hərbi məhsulların Gürcüstanın hava məkanından istifadə edərək ölkəyə daşınmasını həyata keçirib.

Bu hərbi yüklərin çatdırılmanı həyata keçirmək üçün Ermənistan baş nazirinin müavini Mher Qriqoryan 3 oktyabrda Moskvaya bir günlük işgüzar səfər edib.

Son xəbərlər

Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı

OPEC+ neft hasilatını artırmaq qərarına gəldi

Omska PUA hücumu edildi, konsert ləğv olundu

Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO

Bütün regionu daş dövrünə qaytaracağıq... - İran hədələdi

Avropa liderləri Trampdan “qaçırlar

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Ermənistan hökuməti istefaya gedir: Paşinyan detalları açıqladı

İran Çin şirkətinin binasını vurdu: ölən var

Ərdoğan ilk dəfə “Ahbap” istintaqından danışdı

İsrail və ABŞ liderlərinin Vaşinqton görüşü: Əsas mövzu İrandır

Rusiya ordusu daha bir kəndi işğal etdi

Çad Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - Rəsmi qərar

İranın AzTV ilə bağlı qərarına Bakıdan sərt reaksiya

“Göyçayda ağacların qurban verildiyi inkişaf”

İran Ukraynanı hədələdi: "Cavabsız qalmayacaq"

Alla Puqaçova Kiyevdə konsert verməyə hazırdır

Ləğv edilən 19 bankda əmanətlərin ümumi məbləği…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya...

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiyası olundu

Bu türk ölkəsi Rusiyadakı vətəndaşlarına çağırış etdi

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan etdilər

Türkiyədən Yunanıstana etiraz...

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

Tramp əsassız məlumatlara istinad edir - Peskov

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi

Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

Arakçı Pakistan xarici işlər naziri ilə danışdı

Bütün xəbərlər