“Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində jurnalistin suallarına cavab verərkən deyib.
N.Paşinyan xatırladıb ki, Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.
“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz özümüzdən irəli gəlir. Bunu görmürəm”, - Paşinyan Ermənistan İctimai Televiziyasının efirində deyib.
Jurnalistin rəsmi Bakının Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sualına Paşinyan belə cavab verib:
“Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.
Ermənistanın baş naziri əlavə edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur və illüziyalara qapılmaq lazım deyil.
Mənbə: İnterfax
Siyasət
Paşinyan: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”
Siyasət
Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto
İqtisadiyyat
Neftin bu günə olan qiyməti
Siyasət
İlham Əliyev Türkmənistana getdi
Hadisə
Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Siyasət
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı
Son xəbərlər
Ukraynanın bütün lokomotivləri məhv edildi - Nazir
İqtisadiyyat
AB bu ölkəyə 157 milyon ayırdı
Siyasət
İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto
Texnologiya
Prezident dərman istehsalı müəssisəsinin açılışında... - Foto
Siyasət
Netanyahudan xəbərdarlıq: Britaniyanı itirə bilərik!
Hadisə
Yəmən lideri husilərə qarşı əməliyyatı elan etdi
İdman
Zidan Ronaldu barədə: "Onun sayəsində inanılmaz kuboklar qazandım"
Müsahibə
Putin bu türk ölkəsinə səfərə gedir
Son xəbərlər
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
Tarix