Baş nazirin kostyumu 600 min dollara satıldı - FOTO
Hindistanın baş naziri Narendra Modinin ABŞ prezidenti Barak Obama ilə danışıqlar zamanı geyindiyi zolaqlı kostyum satılıb.
Tünd göy rəngdəki kostyumdakı zolaqlar Narendra Modinin adından ibarət olan hərflər düzümü olduğundan bu geyim nadir dərzilik əsəri sayılır.
Yun kostyumu Hindistanın Qucarat ştatının ən varlı insanlarından biri, brilliant taciri Lalci Patel 43 milyon rupiyə, yəni 600 min dolara satın alıb.
Qucarat ştatındakı Surat şəhərində keçirilmiş hərracda əldə edilən pulların hamısı Qanq çayının çirklənmiş suyunun təmizlənməsinə sərf ediləcək.
N.Modi bu kostyumu ötən ay Dehlidə Barak Obama ilə görüşərkən geyinmişdi.
Brilliant cilalanması və satışı ilə məşğul olan "Dharmanandan" şirkətinin sahibi L.Patel deyib: "Ölkəm üçün həmişə gözəl işlər görmək istəmişəm. Bu kostyumu da Qanq çayının təmizlənməsində payım olsun deyə, aldım".
Ölkə müxalifəti isə baş naziri sərt tənqid edib. Milyonlarla dilənçinin və səfilin olduğu bir ölkənin hökumət başçısının belə bahalı kostyum tikdirməsi yolverilməz bədxərclik sayılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay