Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta-Azərbaycan İcmasının nümayəndəsi Əsmər Qarayevanın təşkilatçılığı ilə Solt Leyk şəhərində 28 may - Respublika Gününə həsr olunmuş festival keçirilib.
Şəhərin mərkəzi “The Gateway” meydanında təşkil olunmuş festival Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Əsmər Qarayeva amerikalı qonaqların nəzərinə çatdırıb ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-da yaşayan soydaşlarımız böyük qürur hissi ilə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm hadisəni – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd edirlər. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, 1991-ci ildə xalqımızın dövlət müstəqilliyinin bərpasına nail olmasından, ötən il 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən danışıb.
Qeyd edək ki, festivalın təşkil olunduğu ərazi Azərbaycanın dövlət bayraqları ilə bəzədilib, məmləkətimizin xəritəsini, qədim tarixini, zəngin mədəniyyətini əks etdirən fotosərgi nümayiş etdirilib. Onların arasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlər, Bakı şəhərinin və Qarabağın tarixi abidələrini, milli mətbəx nümunələrini və çay dəstgahını əks etdirən şəkillər təqdim olunub. Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğuna diqqət cəlb edilib.
Sərgi yerli sakinlərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan mədəniyyətinin zənginliyinə heyran olduqlarını ifadə ediblər. Tədbir zamanı Azərbaycan mətbəxinin nümunələri təqdim edilib, milli və klassik musiqimiz səsləndirilib.
Son xəbərlər
ABŞ-ın Solt Leyk şəhərində Respublika Gününə həsr olunmuş festival təşkil edilib - FOTO
Siyasət
Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu - Foto
Siyasət
Pezeşkian ABŞ-a getdi
Son xəbərlər
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Siyasət
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
Son xəbərlər
Ceyhun Bayramov ABŞ-a yollandı
Siyasət
Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
İqtisadiyyat
ABŞ bu ölkəyə sanksiyaları ləğv etdi
Tarix
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Tarix
Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları
İqtisadiyyat
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Siyasət
Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron
Texnologiya
Azərbaycan bu türk ölkələri ilə birgə təlimə başlayır - Video
Siyasət
Tarix açıqlandı: Ərdoğan sonuncu dəfə namizəd olur...
Müsahibə
Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət
İqtisadiyyat