Danılmaz faktdır ki, bu gün gənclərin əksəriyyəti ümumiyyətlə kitab oxumağı sevmir. Ona verilən pulu itirmiş hesab edir və istər elektron, istərsə də adi kitablardan uzaq durur. Fikirlərini daha çox məşğul edən kompüter, telefon, film, gəzinti və digər əylənclərə vaxt ayırmaq daha xoş olduğundan saatlarla bir kitabı bitirməyə çalışmaq elə də maraq çəkmir.

İnsanların bir qismi düşünür ki, kitab oxumaq vaxt itkisidir. Əksəriyyət isə kitabın verdiyi faydaların saysız olduğu iddiasındadır və kitab oxumayanı boş insan hesab edir. İki fikir arasında qalanlar isə boşluğu müxtəlif filmlərlə doldurmağa çalışırlar. Bəs həqiqətən də filmlər kitabları əvəz edə bilərmi? Bəli. Filmlər kitabları əvəz edə bilir. Amma sadəcə, hər hansı bir məlumat, proses, hadisədən xəbərdar olmaq və ümumilikdə hansısa yazarın hansı fikirlər irəli sürdüyünü öyrənmək baxımından. İnsanın şəxsi bazası isə film seyr edərək alınan məlumatları faydalı olaraq qəbul etmir. Çünki filmlər insanları düşündürmür, səbəb-nəticə axtarışına vadar etmir, film izləyərkən analiz qabiliyyəti işə düşmür və əslində 3 günlük mütaliə ilə yekunlaşmalı olan bir hadisə film sayəsində 3 saata tamamlanır. Bu isə o deməkdir ki, insan sadəcə 3 saatını itirir, əvəzində isə qısamüddətli hiss və fikirlərə sahib olur.

Ötən il Yıldız Teknik Universitetinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, 90 dəqiqəlik hər hansı bir janrda olan film izləmək insan ömründən 33 dəqiqə alır. Eyni zamanda 1 film izləmək insan beyni və yaddaşını 1 həftə geriyə saxlayır ki, bu da mütəmadi film izləyənlər üçün yaddaşda problem yaranması üçün kifayət hesab oluna bilər. Əksinə, daim mütaliə edənlər kitabları yarı-yarı oxuduqları üçün qaldıqları hissəni xatırlamaq, eyni zamanda oxuduqlarını düşünmək və analiz etmək qabiliyyətinə malik olurlar ki, bu da beynin gənc qalmasına kömək edir. Xüsusən unutqanlığı əngəlləmək üçün mümkün qədər az film izləməkdə fayda var.

Psixoloq Qurban Talıblının fikrincə, kitab oxumağın yerini hər hansı bir filmin alması qeyri-mümkündür. İnsan filmdən zövq ala bilər, hadisələrin gedişatında özünü hadisənin qəhrəmanı kimi isə görməz. Əsas məsələ anı yaşamaq və problemlərdən çıxış yolunu tapa bilməkdir: "Film imkan vermir ki, insan beynini işə salsın, analiz qabiliyyətindən istifadə etsin. Film çeynənilmiş qidanı udmağa bənzəyir, kitab isə əskinədir. Heç bir film, tamaşa, səyahət 1 kitabın verdiyi müsbət auranı, düşünmə qabiliyyətini, əhvalı, biliyi vermə imkanına malik deyil. Kitab oxumaq başqa üsullarla müqayisədə insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur. Qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Bundan başqa, kitab oxumağın insan üçün digər əvəzedilməz faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Bu nöqteyi-nəzərdən heç bir film 1 kitabı əvəz edə bilməz".

Ekspress.az
Beyninizin gənc qalmasını istəyirsiniz?

Son xəbərlər

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

MSK sədri qadınlara səsləndi: Namizəd olun!

İlham Əliyev fərman imzaladı

Tiflisdə müxalifətin yürüşü başladı

Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev Ərdoğanla görüşdü

Prezident Şarl Mişellə görüşdü

Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb

Putin Trampı qələbə münasibətilə təbrik etməyəcək

İran İsrailə hücum üçün daha güclü silahlar tətbiq edə bilər

Latviya prezidenti COP29-da iştirak edəcək

NATO Baş katibi: "Şimali Koreya ordusu artıq Kurskdadır"

İsrail bununla regional münaqişəni başladır - Ərdoğan

Quterreşdən İran və İsrailə: Dayandırın!

Putin Ərdoğanla görüşdü, başsağlığı verdi

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı

Ərdoğan Putinə ad günündə nə hədiyyə edib?

Erməni mafiyası COP29-a qarşı - Video

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə qoşulub

Putin Pezeşkianla nələri müzakirə edəcək?

Erməni hərbçinin meyiti tapıldı

Qazaxıstanda AES tikintisi ilə bağlı referendum baş tutmuş sayıldı

İsraildə terror aktı: Ölən və yaralananlar var

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi

Almaniya öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

Prezident: "Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır"

Azərbaycan ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Gülüstanda daşqınlar: evlər su altında qaldı

Bütün xəbərlər