İşsizlik sığortası kimlərə şamil ediləcək? - VİDEO


İşsizlik sığortası haqqında qanun layihəsi artıq hazırdır. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Azərbaycan vətəndaşları bu sığorta növündən yararlana biləcəklər. İşsizlik sığortası nə deməkdir , kimlərə şamil ediləcək və ona görə əmək haqqından hansı miqdarda vəsait tutulacaq. Bütün bu suallara əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cavab verib.

Azərbaycanda işsizlərin xüsusi sığortası ilə bağlı qanun layihəsi üzərində son düzəlişlər edilib. Sənəd tam hazırdır və bu həftənin sonunda müvafiq icra orqanlarına təqdim edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, müvafiq qurumlarla razılaşma prosesi bitəndə, qanun layihəsi Nazirlər Kabinetinə təqdim ediləcək.

Tarifə gəldikdə isə, nazir bildirib ki, kifayət qədər əlçatan və aşağı bir rəqəm düşünülür. Bununla belə yeni qanuna görə, işsizlik müavinətinin ləğvi təklif olunur. Yəni, ünvanlı sosial yardımın əvəzinə işçinin əmək haqqının bir hissəsindən tutulmaqla onun işsiz vəziyyətinin sığortalanması nəzərdə tutulur. İş yerini itirənlər və iş tapa bilməyənlər aylıq ödəniş ala biləcəklər. Lakin bu, işini son 1 ildə itirənlərə şamil ediləcək və sığorta ödənişinin miqdarına şəxsin işdən çıxma səbəbi də təsir edəcək.

Universiteti bitirib, iş tapa bilməyənlər isə Dövlət məşğulluq xidmətinə müraciət etməlidirlər. 11 gün müddətinə həmin şəxsə cavab gəlmirsə, o işsiz statusuna malik olacaq və minimum həyat səviyyəsinə uyğun olaraq, 136 manat ödəniş alacaq. Sığorta ödənişi alan şəxs hər ay Dövlət Məşğulluq xidmətinə müraciət etməldir. Əks halda onun ödənişi dayandırılacaq. Eyni zamanda, ixtisasa uyğun təklif olunan işlərlə razılaşmayanlara da bu ödənişlər verilməyəcək.(xezerxeber.com)

Son xəbərlər

Tehran Universitetində aksiya: polis həbslərə

Zelenskidən şok: Trampın razılaşmasını imzalamadı

Parkda abadlıq işləri tamamlanır

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Azərbaycan Rusiyaya nota göndərdi

Azərbaycandan qaz idxalı üzərində işləyirik - Fitso

Hakan Fidan Qətərə gedir

Heç kim onlara göstəriş verə bilməz! - Ərdoğan

Rusiya axşam saatlarında 5 PUA-nı məhv etdi

Oğlunu hərbi xidmətə yola salan ana QƏFİL ÖLDÜ

İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

Pentaqonun yeni rəhbərinin adı məlum olub

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

Bütün xəbərlər