Son xəbərlər
2.05.2015, 01:24
Nazir müavini: Azərbaycanda 3 aya 30 minədək yeni iş yeri açılıb
Mətin Kərimli Cenevrədə çıxış etdi.
Son 10 ildə 1 milyon 360 min, yalnız cari ilin ilk rübündə 30 minədək yeni iş yeri açılıb.
Bu sözləri Cenevrədə keçirilən beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.
M.Kərimli ötən ilin sonlarına olan məlumata görə, işsizliyin Avropa məkanında 11,5 %, Avropa Birliyində 10% olduğu halda, Azərbaycanda 4,9 %-ə endiyini bildirib.
Qeyd edək ki, iki gün davam edən konfransda Avropa və Mərkəzi Asiyada gənclərin əmək bazarına çıxışının asanlaşdırılması, bu sahədə ölkələrdə mövcud olan prioritetlər, gənclərin məşğulluq meylləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay