Bakıya gətirilən yeni sərnişin avtobusları paytaxt sakinlərinə və qonaqlara yüksək səviyyədə xidmət göstərəcək. Bunu paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi Füzuli Sadıqov deyib.

O , AzərTAc-a Bakıya gətirilən yeni avtobusların əsas üstünlükləri barədə danışıb. F.Sadıqov bildirib ki, bu günlərdə Bakıya Türkiyədə yerləşən zavodda yığılan “İsuzu” markalı 50 avtobus gətirilib. “Avro 5” standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb. İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Bu barədə danışan F.Sadıqov deyib: “Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bu, təhlükəsizlik baxımından vacib şərtdir. Bundan başqa, avtobusların yan şüşələri salona düşən Günəş işığını təxminən 80 faiz azaldır”.Yeni avtobusların hansı istiqamətdə işləyəcəyi ilə bağlı sualı cavablandıran “Xaliq Faiqoğlu” MMC-nin nümayəndəsi qeyd edib ki, bu avtobuslar yaxın günlərdə əvvəlcə 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək. Həmsöhbətim vurğulayıb ki, gələn ilin əvvəllərində paytaxta əlavə 150 avtobus da gətiriləcək. “Çalışırıq ki, sərnişinlərə, o cümlədən birinci Avropa Oyunlarında şəhərimizə gələcək qonaqlara yüksək keyfiyyətli, komfortlu xidmət göstərək”, - deyə F.Sadıqov əlavə edib.(bizimyol.info)
Marşurta buraxılacaq yeni avtobuslar..

Son xəbərlər

İlham Əliyev Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb

20 Yanvar faciəsinə gedən yol

Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp

Ərdoğan: Putinlə bunu müzakirə edəcəyəm!

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Xarici işlər naziri: "Ən qısa zamanda müvəqqəti işlər vəkilimiz Suriyaya gedəcək"

Fidan Lavrovla nələri müzakirə etdi?

Türkiyə ordusu bu ölkəyə girəcək - MN anons etdi

Gülər Almaniyanın müdafiə naziri ilə danışdı

Baş nazirdən daha bir qərar

Məzunların Prezidentə müraciəti

Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"

Sikorski Bayramova zəng etdi

Luka Modriç əfsanəvi futbolçunun rekordunu yeniləyib

Prezident və ailəsi Şahdağda...

"Pələng Tatulu" Adnan Əhmədzadənin Uşaqlarının Anası GÖRÜN KİM İMİŞ

Bu gündən bu sosial ödənişlərin də məbləği artdı

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Qəzada həlak olan ekipaj üzvləri ilə vida... - Fotolar

Qazaxıstana təyyarə qəzası ilə bağlı təzyiq edilir?

Vladimir Putin İlham Əliyevə zəng vuraraq təyyarə qəzasına görə üzr istədi

Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu

Roma Papasının halı pisləşdi

"Hizbullah" lideri: "Suriyadan keçən hərbi təchizat xəttini itirdik"

Tramp ona da yüksək vəzifə verəcək

"Time" jurnalı Trampı "İlin adamı" elan etdi

Lukaşenko “Oreşnik”lə bağlı göstəriş verdi

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Foto

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

İsrail qırıcıları Suriyanın hərbi obyektini vurdu

Azərbaycanda 29 yanvara seçki təyin edildi

Bütün xəbərlər