Interxeber.az saytı atvxeber.az saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının “Windows 10” adlandırılan yeni əməliyyat sisteminin təqdimatı yanvarın 21-də istehsalçının ABŞ-ın Redmond şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək.

Tədbirdə korporasiyanın baş direktoru Satya Nadella, əməliyyat sisteminin hazırlanmasına məsul Direktorlar Şurasının üzvləri Terri Mayerson və Co Belfior, “Xbox” platformasına cavabdeh Fil Spenser çıxış edəcəklər.

“Windows 10”-un bu versiyasında hibrid qurğu istifadəçilərinə kənar klaviaturaya ehtiyacın olub-olmamasından asılı olaraq iş rejimlərini asanlıqla dəyişməyə imkan verən "Continuum” funksiyası, həmçinin “Microsoft Cortana” səs köməkçisinin işi dəstəklənəcək.

“Microsoft”un yeni əməliyyat sisteminin təqdimatını 2015-ci ilin yanvarında keçirəcəyi noyabrın sonunda məlum olub. O da bildirilib ki, korporasiyanın tədbiri yanvarın 6-9-da Las-Veqasda keçiriləcək illik "CES 2015” sərgisindən ayrıca olacaq.

Qeyd edək ki, “Windows 10” ilk dəfə oktyabrın əvvəlində San-Fransiskoda qapalı tədbirdə nümayiş olunub. Yeni əməliyyat sistemi bütün növ qurğular, o cümlədən fərdi kompüter və smartfonlar üçün ümumi olacaq. Əlavələr mağazası da bütün sistem modifikasiyaları üçün eyni olacaq.

Korporasiyanın əməliyyat direktoru Kevin Ternerin sözlərinə görə, yeni əməliyyat sistemi bazara 2015-ci il yayın sonunda və ya payızın əvvəlində çıxarılacaq.
Gələn ay Windows 10 nun təqdimatı olacaq

Son xəbərlər

Ceyhun Bayramov ilə Yakov Blitşteyn arasında görüş keçirilib

Netanyahu girovlarla bağlı yaranan şəraitdən danışdı

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından DANIŞDI

Əsəd: "Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına müsbət yanaşır"

Ərdoğan: "Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağa hazırlaşır"

Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

Hakan Fidan Azərbaycanı təbrik etdi

Hikmət Hacıyev Şuşadan paylaşım edib

Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdur

Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR

Pakistanın baş naziri Prezident İlham Əliyevə zəng edib

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

Bütün xəbərlər