AZƏRBAYCAN ZİYALISI
Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə Professor Məmmədova Pərvin "Azərbaycan ziyalısı"adına layiq görülüb
Araşdırma kollektivi adından təbrik edirik.
Həyatı
Pərvin Məmmədova 1943-cü il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 saylı məktəbdə aldıqdan sonra, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə, 1967-ci ildə isə istehsalatdan ayrılmadan Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunub. P.Məmmədova əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin 5-ci kurs tələbəsi olarkən Azərbaycan Elmlər Akademiyasının akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) başlamışdır. Elmi fəaliyyətinin ilk illərində o, aromatik sıra qlikol efirlərinin sintezi və bioloji aktivliyinin tədqiqi ilə məşğul olmuşdur. Onun tərəfindən asan tapılan neft-kimya xammalından istifadə etməklə bir sıra bioloji aktiv birləşmələr, o cümlədən sistemli təsirə malik effektiv herbisidlər alınmış və tətbiq üçün təklif edilmişdir. P.Məmmədova 1975-ci ildə "Aromatik sıra efirləri və oksigen tərkibli sabit radikalların sintezi və onların bioloji aktivliyinin tədqiqi" adlı namizədlik dissertasiyası müdafiə etmişdir və ona kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir, 1986-cı ildə isə o, “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi adı almışdır. 1992-ci ildə " "Funksionaləvəzli α-metilbenzilfenolların aşqar kimi sürtkü materiallarında tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildə P.Məmmədovaya “Üzvi kimya” ixtisası üzrə professor elmi adı verlmişdir. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə P.Məmmədova Aşqarlar Kimyası İnstitutuna keçirilmişdir. O, 1975-2000-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi kimi çalışmışdır. 2001-ci ildən o, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının müdiri vəzifəsində fəaliyyət göstərir.
Elmi fəaliyyəti
AMEA AKİ-də fəaliyyətə başladığı andan professor P.Məmmədova yağ və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin sintezi, tədqiqi və tətbiqi istiqamətində səmərəli işlər aparmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları və yağlayıcı-soyuducu mayelərin keyfiyyətini yaxşılaşdıran oksidləşməyə, korroziyaya, yeyilməyə, mikroblara qarşı yüksək təsirə malik aşqarlar kimi istifadə olunan α-metilbenzilfenolların, bisfenolların və onların əsasında alınmış metalkompleks birləşmələrin məqsdəyönlü sintezinin elmi əsasları işlənib hazırlanması təşkil edir. Aparılan tədqiqatlar nəticəsində yeni alınmış maddələr və müxtəlif funksional xassələrə malik əmtəə aşqarlarından istifadə etməklə metalların emalı prosesində işlədilən bir sıra yeni YSM kompozisiyaları yaradılaraq tətbiq olunmuş və digər hissəsi isə tətbiq olunmaq üçün tövsiyə edilmişdir. Bununla yanaşı mikroorqanizmlər və bitkilərin metabolik potensialından istifadə etməklə Abşeron yarımadasının neftlə və ağır metallarla çirklənmiş torpaqlarının zərərsizləşdirilməsi və rekultivasiyası üçün effektiv biotexnologiyaların elmi əsasları işlənib hazırlanmışdır.
Elmi əsərləri
Pərvin Məmmədova 240 elmi əsərin, o cümlədən 34 müəlliflik şəhadətnaməsi və patent, iki kitabın həmmüəllifidir. Onun əsərlərinin təxminən 88-ə yaxını xaricdə çap olunmuşdur. 57-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. O, bir sıra beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
Kitabları
S.F.Qarayev, P.Ş.Məmmədova, A.Q.Həbibova. Biokimyanın əsasları, dərslik. Bakı: Элм, 2002.-360 s.
Azərbaycan dilində yazılmış “Biokimyanın əsasları” dərsliyi respublikanın texniki ali məktəblərinin tələbələri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur. Dərslik canlı orqanizmlər və onların həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi proseslərin öyrənilməsinə həsr olunmuşdur.
S.F.Qarayev, P.Ş.Məmmədova, A.Q.Həbibova. Bioloji kimyanın terminoloji lüğəti. Bakı: Элм, 2010.-550 s
Kitab üç dildə (Azərbaycan, ingilis və rus) olmaqla kimyəvi, biokimyəvi, mikrobioloji və bioloji terminlərin izahlı lüğətidir. Lüğət adı çəkilən sahələrdə çalışan elmi işçilər və aspirantlar üçün nəzərdə tutulmuşdur.
Elmi məqalələri
Многофункциональные присадки к смазочным маслам//Нефтепереработка и нефтехимия, 2011, № 10, с.34-36// П.Ш.Мамедова, С.А.Гамзаева
Исследование 2-пиперидино-1-этанола и его производных в качестве антимикробных присадок к маслам// Журнал прикладной химии, 2009, т.82. вып.9. с.1479-1483 // С.А. Гамзаева, П.Ш.Мамедова, К.М.Аллахвердиева
Биологическая утилизация тяжелых металлов//Нефтепереработка и нефтехимия № 11, 2015, с.16-20// Э.Р.Бабаев, В.М.Фарзалиев, П.Ш.Мамедова, Э.М.Мовсумзаде
Фитоэкстракция тяжелых металлов из почв Апшеронского полуострова, загрязненных нефтью//Химия и химическая технология, 2016, № 10, Т.59, с.95-99//Э.Р.Бабаев, Э.М.Мовсумзаде, П.Ш.Мамедова, И.М.Эйвазова
Исследование антиокислительных и антимикробных свойств серосодержащих производных пространственно-затрудненных фенолов//Нефтехимия, 2016, № 4, с.27-31// П.Ш.Мамедова, Э.Р.Бабаев, И.М.Эйвазова, О.Ю.Полетаева, Э.М.Мовсумзаде, Г.Ю.Колчина
Development of new composition with effective biocidal and oil-displacing properties// Izv.Vyssh.Uchebn.Zaved.Khim.Khim.2017, V.60, N 1/ V.M.Farzaliyev, M.Streek, E.M.Movsumzadeh, E.R. Babayev, P.Sh.Mammadova, I.M. Eyvazova
Композиции на основе водорастворимых полимеров для применения в качестве агентов вытеснения нефти// Э.Р.Бабаев, П.Ш.Мамедова, З.Г.Солтанова // НефтеГазоХимия, 2016, №3, c.17-20
Müəllif şəhadətnamələri
Способ получения 3-(α-фенил-β-алкоксипропан)-оксазолидина//А.С.№ 245784 (СССР), БИ № 20 (1969)// Ш.А.Мамедов, Д.Н.Хыдыров, П.Ш.Мамедова, Б.А.Ахмедова
Способ получения сложных эфиров β-оксиэтилового эфира 2,4-дихлорфеноксиуксусной кислоты //А.С.340654(СССР) БИ. №18 (1972)// Ш.А.Мамедов, Э.Ш.Мамедов, П.Ш.Мамедова
Гербицид// А.С. № 363473(СССР) БИ. №4, (1973)// Ш.А.Мамедов, В.M.Зейналова, П.Ш.Мамедова, С.Н.Рыжова
Гербицид /А.С. №382401(СССР), БИ, №23 (1973)// Ш.А.Мамедов, П.Ш.Мамедова, В.M.Зейналова
Способ получения алкоксиметиловых эфиров β-окисных спиртов//А.С № 321520 (СССР), БИ. №35, (1971)// Ш.А.Мамедов, В.M.Зейналова, П.Ш.Мамедова, A.M.Мустафаев
Смазочно-охлаждающая жидкость для механической обработки металлов// А.С.№ 960230,(СССР) БИ.№ 35, 1982// K.И.Садыхов, П.Ш.Мамедова, M.A.Гольдблюм
Смазочно-охлаждающая жидкость для механической обработки металлов// А.С.№114969,(СССР),1984 // K.И.Садыхов, П.Ш.Мамедова, M.A.Кабаков
Способ получения противоизносной и противокоррозионной присадки к смазочным маслам //А.С.№ 1162805,(СССР), БИ № 23, (1985) // K.И.Садыхов, П.Ш.Мамедова, M.A.Кабаков
3,5ди-α-метилбензил-4-оксибензиловый спирт в качестве антиокислительной и противоизносной присадки к смазочным маслам// А.С. № 1199752, (СССР), БИ № 47, (1985)// П.Ш.Мамедова, Г.K.Садыхова, В.Б.Ликша
Бис (2-гидрокси-3,5-ди-α-этилбензилтиолато)Сu(П) в качестве антиокислительной присадки к синтетическим маслам// А.С. № 1829362,(СССР) 1991, Не опубликовано// П.Ш.Мамедова, Г.K.Садыхова
Patentləri
4-dimetilaminometil-2,6-di-α-metilenzolfenol–poladın hidrogensulfid mühitində korroziya inhibitoru kimi//Azərbaycan patenti I 2001 0006, 02.01.2001// K.İ.Sadıxov, A.N.Ağayev, P.Ş.Məmmədova, Z.R.Ağayeva, S.D.Zeynalov, E.R.Babayev
Fenilpropargil spirtin α –xloretil efiri// Azərbaycan patenti I 2001 0111, 20.08.2001// S.F.Qarayev, A.M.Talıbova, P.Ş.Məmmədova, D.M.Quliyeva
Metalların mexaniki emalı üçün yağlayıcı-soyuducu maye//Azərbaycan patenti I 2001 0074, 08.05.2001// K.İ.Sadıxov, P.Ş.Məmmədova, A.N.Ağayev, Z.D.Tağıyeva
Sürtkü yağlarına çoxfunksiyalı aşqarın alınma üsulu//Azərbaycan patenti I 2001 0073, 07.05.2001// K.İ.Sadıxov, P.Ş.Məmmədova, A.N.Ağayev
3,5-di-α-metilbenzil spirtinin sianetil efiri sürtkü yağlarına antimikrob aşqar kimi//Azərbaycan patenti İ 2002 0013, 25.11.2002// K.İ.Sadıxov, P.Ş.Məmmədova, E.R.Babayev, M.Hacıyeva
2-yodtsikloheksilpropargil efiri sürtkü yağlarına və yanacaqlara antimikrob aşqar kimi// Azərbaycan patenti İ 2003 0004, 02.01.2003//S.F.Qarayev, A.M.Talıbov, P.Ş.Məmmədova, V.Z.Mehdiyeva,
6-brom-5-metil-5-fenil-4-oksa-1-heksin sürtkü yağlarına aşqar kimi// Azərbaycan patenti, İ 2003 0178 03.10.03// S.F.Qarayev, A.M.Talıbov, P.Ş.Məmmədova, N.Q.Nuriyeva,
1,1-Bis-(xlormetil)-2,6-dioksa-8-nonin-4-ol sürtgü yağlarına antimikrob aşqar kimi//Azərbaycan patenti İ 2004 0152//S.F.Qarayev, L.M.Nəjəfova, A.M.Talıbov, P.Ş.Məmmədova
Metalların mexaniki emalı üçün yağlayıcı-soyuducu maye// Azərbaycan patenti İ 2008 0203, 16.12.2008// P.Ş.Məmmədova, H.Ş.Əliyeva, E.R.Babayev, S.A.Həmzəyeva
1-piperidin-2-fenilkarboniloksietan sürtkü yağlarına fungisid aşqar kimi// Azərbacan patenti İ 2012 0035, 11.04.2012// P.Ş.Məmmədova, M.Z.Allahverdiyev, S.A.Həmzəyeva, D.М.Quliyeva, N.Ğ İsmayılova
Beynəlxalq konfranslarda iştirakı
Синтез и исследование некоторых N, S – содержащих производных экранированных фенолов в качестве присадок к маслам//Тез. докл. Ш Всес. Конф., Синтез, технология и применение присадок к СОЖ, Дрогобыч, 1982, с.20-21//Г.K.Садыхова
Ингибирующая активность серосодержащих производных α-метилбензилфенолов при окислении кумола//Тез.докладов 6-й Всес.конф. Ингибирование цепных реакций, Черноголовка, 1986//В.M.Фарзалиев, Г.K.Садыхова
Синтез и исследование антиокислительной активности серосодержащих производных α-метил-бензилзамещенных фенолов//Тез.докл.4-й Всес.конф. Синтез, технология и применение присадок к смазочным материалам, Кременчуг, 1987, с.76-78//В.M.Фарзалиев, Г.K.Садыхова
Новые антиоксиданты на основе замещенных фенолов – эффективные добавки к маслам и смазочно-охлаждающим жидкостям//Тез.докл.ВП нефтехимического симпозиума по нефтехимии, Киев, 10-1990, c.264// K.И.Садыхов,З.Д.Тагиева, Г.K.Садыхова
Особенности ингибирующего действия металло-комплексных ингибиторов на основе серосодержащих ортозамещенных фенолов в реакциях жидкофазного окисления// Тез.докл. Всес. конф. «Кинетика радикальных реакций», Ярославль, июнь,1990, с.150// В.Г.Виноградова, Л.И.В.Мазалецкая, Г.В.Карпухина, З.Д.Тагиева
3,5-ди-α-метилбензил-4-гидроксибензиловый спирт и его некоторые эфиры в качестве присадок к смазочным маслам и смазочно-охлаждающим жидкостям// Тез.докл. VI совещания по хим.реактивам, Уфа-Баку, 1993, с.59// K.И.Садыхов, С.A.Аббасова, Г.K.Садыхова
Synthesis and study of some functionally protected-methylbenzylphenols// 10th national congress of chemistry, Bursa ,1994, p.25//K.I.Sadikhov
Синтез и изучение новых S, N-содержащих производных α-метилбензилзамещенных бисфенолов//Тез.докл. Всерос. конф по серо-органическим соединениям, Иркутск-Казань, 1995, с.48//K.И.Садыхов, А.Н.Гусейнов
Новые нитрильные присадки масел//Тез.докл.VШ межд. конференции по хим.реактивам «РЕАКТИВ-95», 1995, УфаМосква, с.152//К.Р.Телецкая, A.M.Суркин, Д.Л.Рахманкулов, M.Агагусейнова, A.Э.Мовсумзаде,Э.Р.Бабаев
Сульфамидные производные α-метилбензилфенолов – как многофункциональные присадки к смазочным маслам//IХ Всероссийская конференция по химическим реактивам «Реактив-96», Уфа - Краснодар, 1996, с 42//K.И.Садыхов,C.М.Велиева, Б.Абдуллаев
The structure of nitril complexes with transition valency metals//37th IUPAC Congress 27th GDCh General Meeting, Веrlin, Germany, 1999, р. 688//E.M.Movsumzadeh, S.Rekuta,R.F.Talibov, N.A.Yegorov, K.I.Sadikhov
Synthesis and properties of phosphor-containing ethers of allyl series//XIX Ulusal Kimya Konqresi, 30 Eylül-4 Kimya Konqresi, 30 Eylül – 4 Ekim 2005, Kuşadası//A.M.Veliyev
Synthesis and properties of phosphor containing ethers of propargyl series//XX Ulusad Kimya Konqresi, 4-8 eylüd 2006, Kayseri//А.Veliyev
Optimization of process of phenol ortho-alkylation with styrene//17 th International Congress of Chemical and Process Engineering, August 2006, p.7.084, Praha, Creeh Republic//V.M.Farzaliyev,F.M. Veliyeva, E.R. Babayev
Нуклефильное присоединение тиолов к пропаргиловому спирту//18 international Congress of Chemical and Process Engineering, 24-28 August, p.554 2008, Praha Czech Republic// В.М.Фарзалиев, Э.Р.Бабаев, C.А.Гамзаева, Х.Ш.Алиева
New antimicrobe additives to lubricant oils and fuels-propargyl β-halogen ethers//4thinternational symposium on hydrocarbons and chemistry, Ghardala-Algeria, March 24-26 2008//S.F.Garayev, Ə.M.Talybov, V.Z.Mehtiyeva
Biomarker hydrocarbons role in identification of oil pollution source «Experts Workshop» on Environmental Forensics (Tbilisi, Georgia) 12-16 September 2011, s.169-172//E.R.Babayev, V.M.Farzaliyev
Синтез S-содержащих этиленгликолевых эфиров феноксиуксусной кислоты и исследование их в качестве многофункциональной присадки к смазочным маслам//ХХ1Х Научно-техническая конференция «Реактив-2015» по теме «Химические реактивы, реагенты и процессы малотоннажной химии», Новосибирск, с.110//Н.Р.Бабаев, Х.Ш.Алиев, З.К.Солтанова, Б.М.Аминова
Elmi-təşkilati fəaliyyəti
O, Azərbaycan Dövlət Neft Akademiyasında “Üzvi kimya” və “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə namizədlik alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən 02.022 saylı İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü olmuşdur. P.Ş.Məmmədova uzun müddət “Neft kimyası və neft emalı” Əlaqələndirici Şurasının elmi katibi olmuşdur. Hal-hazırda o, AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olan “Neft kimyası” ixtisası üzrə D 01.031 Dissertasiya Şurasının üzvüdür.
Elmi-ekspertiza və konsaltinq fəaliyyət
Elmi redaktə işləri, rəyçi və məsləhətçi olduğu əsərləri
Professor P.Məmmədova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafl Fondunun ekspertidir.
Dissertantlara elmi rəhbərlik və opponent
Professor P.Məmmədovanın rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır:
Садыхова Г.К. Некоторые производные α-метилбензилзамещенных фенолов в качестве присадок к смазочным маслам и СОЖ/ ИХП АН Азербайджана.- Баку.-1988.-(02.00.13).
Тагиева З.Дж. Некоторые N-, S-содержащие производные замещенных фенолов в качестве присадок к маслам и СОЖ/ ИХП АН Азербайджана.- Баку.- 1990.-(02.00.13).
Велиева Х.Ш.Тиилирование функциональнозамещенных производных ацетилена, этилена и исследование продуктов реакции в качестве присадок к маслам, топливам и смазочно-охлаждающим жидкостям/ ИНХП АН Азербайджана.- Баку.- 2005.-(02.00.13).
Гамзаева С.А. Азотсодержащие эфиры как многофункциональные присадки к смазочно-охлаждающим жидкостям / ИНХП НАН Азербайджана.-Баку.-2014.-(2314.01).
Рагимова А.Р. Синтез и исследование N-, О-содержащих эффективных биоцидных присадок для защиты смазочных масел и смазочно-охлаждающих жидкостей от биоповреждения/ ИНХП НАН Азербайджана.-Баку.-2016.-(2314.01).
Pedaqoji fəaliyyəti
Elmi fəaliyyətlə yanaşı P.Məmmədova həm də pedaqoji fəaliyyətlə məşğuldur. 1997-ci ildən o, Azərbaycan Dövlət Neft Akademiyasının “Üzvi kimya” kafedrasının professoru olmuş və “Üzvi kimya” və “Bioloji kimyanın əsasları” fənnlərindən mühazirələr oxumuşdur. O, hal-hazırda BDU-nun “Neft kimya və kimya texnologiyası” kafedrasının professorudur.
Mükafatları
Elmi nailiyyətləri nəzərə alınaraq professor P.Məmmədova Azərbaycan Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2009-cu ildə o, “XXI əsr Azərbaycan ziyalıları” Beynəlxalq layihəsinin qalibi olmuş və “Vektor” Beynəlxalq Elmi Mərkəzinin Diplomu ilə təltif olunmuşdur.
2013-cü ildə professor P.Məmmədova Düşənbə şəhərində İslam İnkişaf Bankı (İİB) İdarə Heyətinin iştirakçı ölkələrinin 38-ci illik sessiyasının qərarı ilə 57 üzv ölkə arasında keçirilən elmi-tədqiqatlar üzrə müsabiqədə “Azərbaycanda neftlə çirklənmiş torpaqların bioloji yolla təmizlənməsi” adlı elmi işi ilə 1-ci yerə və İslam İnkişaf Bankının mükafatına layiq görülmüşdür.
O, Azərbaycanda bu mükafata layiq görülmüş ilk qadın alimdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay