Bakıda gənc xanım dələduzluqla üzləşib. “Report” açıqlama verən şikayətçi G.Muradova bildirir ki, Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxs onun etibarından sui-istifadə edərək 70 min manatadək pulunu ələ keçirib. Onun sözlərinə görə, Vüqar Şirinovla 2018-ci ilin sonunda tanış olub. V.Şirinov onunla evlənəcəyini vəd edib: “Vüqar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili işlədiyini, əvvəlcə kapitan, sonradan isə mayor rütbəsində zabit olduğunu bildirirdi. O, mənimlə görüşə polis formasında da gəlmişdi. Mənə bildirdi ki, şəhid ailəsi olduğuna görə sosial evləri ucuz qiymətə ala bilir. Sosial evlərdə mənzil almaq vədi ilə məndən hissə-hissə, (15 min, 15 min və 6 min olmaqla ) ümumilikdə 36 min manat pul aldı. Ancaq nə mənzil aldı, nə də pulu qaytardı”. G.Muradova qeyd edir ki, V.Şirinov növbəti dəfə onu aldadıb: “Sonra mənim “Hummer” markalı avtomobilimi 25 min manata almaq istədiyini dedi. Mən razılaşdım, amma bir müddət sonra dedi ki, maşının mühərrikində problem var, notariatda əsas etibarnamə ver ki, məsələni həll edim. Mən də onun dediyini etdim. Ancaq sonradan öyrəndim ki, maşını başqa adama satıb və “Hummer” lombardda girovdadır”. Şikayətçi bildirir ki, V.Şirinov növbəti dəfə ondan qardaşını Türkiyə səfirliyində işə düzəltmək adı ilə pul alıb: “Qardaşımın işə düzəltməsi üçün iyun ayında ona ümumilikdə 15 min manat da verdim. Bundan sonra isə tamamilə yoxa çıxdı, telefonlarına zəng çatmadı. Öyrəndik ki, Vüqar bizdən başqa şəxslərə qarşı da belə əməllərə yol verib. Hətta onun ailəli olduğu da üzə çıxdı”. G.Muradova bildirir ki, tez-tez telefon nömrəsini dəyişsə də, Vüqarla əlaqə saxlaya bilib: “Mənə dedi ki, sənə borcum yoxdur. Əlimdə video, səs yazısı və fotolar olduğunu dedikdən sonra isə məni hədələməyə başladı. O, müxtəlif instaqram profillərindən mənə yazaraq görüşə çağırır, öldürəcəyi ilə hədələyir. Hesab edirəm ki, telefonda olan sübutlara görə narahatdır və onların silinməsinə nail olmaq istəyir. Vəziyyət o yerə çatıb ki, onun hədə-qorxuları ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə də müraciət etmişəm”. Şikayətçi bildirir ki, V.Şirinov Gülüstan Ağayeva adlı qadınla əlbir hərəkət edir: “Həmin qadını mənə anası kimi təqdim edərək, elçi gələcəyini demişdi. Hazırda da həmin qadınla bilirkdə yaşayır. Dəfələrlə həmin qadın mənimlə əlaqə saxlayaraq, problemlərin həll olunacağını bildirib və Vüqardan şikayətçi olmamağımı istəyib”. G.Muradova sonda əlavə edir ki, həm hədələnməsi, həm də qarşılaşdığı ümumilikdə 75 500 manatlıq dələduzluq faktı ilə bağlı ərazi üzrə polis şöbəsinə ərizə ilə müraciət edib: “Şöbədən bildirdilər ki, ərizədə V.Şirinovun BMCMİ adından istifadə etdiyi qeyd edildiyi üçün, məsələ həmin idarə tərəfindən araşdırılır və əlavə məlumat veriləcək”. "Report" məsələ ilə bağlı Vüqar Şirinovla əlaqə saxlamaq istəsə də, telefonuna zəng çatmayıb, Gülüstan Ağayeva isə zənglərə cavab verməyib. "Report" mövzu ilə bağlı DİN-ə sorğu ilə müraciət edib. DİN-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək. Bakıda 75 min manatlıq dələduzluğa məruz qalan qadın ölümlə hədələndi - FOTO

Son xəbərlər

Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Bütün xəbərlər