Isamayıllı rayonun Quşəncə kənd sakinləri yolu bağladılar (EKSKLUZİV) VİDEO-FOTO
İsmayıllı rayonun Quşəncə kənd sakinləri səhər tezdən kəndlə şəhəri birləşdirən yolu bağlamaq istədilər.
İnterxeber.az Realxeber.az istinadən, əraziyə gələn polis qüvvələrin səyi nəticəsində yolu bağlamaq istəyən sakinləri ərazidən uzaqlaşdırmaq mümkün olub. Quşəncə kənd sakinləri Əliyev Əzizağa Öməroğlu və Baxışov Mahmud Mustafa oğlunun bildirdiyinə görə, İsmayıllı rayonun Quşəncə kəndində problemlər içində yaşayırlar.
2015 ci ildə kəndin yollarının asfalt örtüyünün üz hissəsini götürərək bərbad vəziyyətə salınmışdır. Kəndin 11 km yolu bərbad vəziyyətdədir heç olmasa 5 km yolu asfaltla örtülsə toz-dumandan əziyyətimiz yüngülləşərdi. Kəndin 4 artezian quyusu var amma biz suyun bir maşının 15-manata alırıq.
Su ancaq kartof, üzüm əkin sahələrinə kənd təssərrüfatına axıdılır. Bir zamanlar 1970-1980 cı illərdə Sovetlər dövründə yay fəsilində uşaqlara bizim kəndə lager salınırdı. Təbiiətinə görə kəndimiz tam fərqlənir təmiz havası bərəkətli torpaqı qonaqpərvər kənd sakinlərimiz var bununla belə bizim kənd ərazisinə şəhərinə məişət tullantılatın poliqonu salınıb iy-qoxudan yatmaq olmur. Dəfələrlə İsmayıllı rayon İcra başçısı Mirdaməd Sadıqov rayonumuza təyin olunandan gündən 4-dəfə kəndimizdə səyyar görüş keçirib dəfələrlə problemlərimiz haqqında desəkdə heç bir əncam çəkməyib. İndidə məcburuq yolları bağlayıb öz etirazımızı bildirək amma polis qüvvələri ikinci dəfədirki, bizə imkan vermirki sözümüzü çatdıraq. Ən gülməli və təssüf edici bir olmuş hadisənidə sizlərə çatdırmaq istəyirəm.
Cənab Prezidemt İlhma Əliyev İsmayıllı rayonuna İvanovka kədinə səfər edərkən bizim kəndin lövhəsini dəyişərək “Gamışçılıq” sözü ilə əvəz etmişdilər. Tarixi olan kəndimizi Gamışçılıq savxozu ilə əvəz etmək bununla prezidentə nəyi çatdırmaq isdədikləri bizlər üçün açıq aşkar məlumdur. Bu onu göstərirki, bu kənd nə xəritədə nədəki rayon İcra başçısı Mirdamətin yaddaşında qalmayıbdır. Xahiş edirki, mətbuat vasitəsi ilə bizim dərdimizi işıqlandıraraq ictimayyətin nəzərinə çatdırasınız ki, biz belə çətinlik içində çabalayırıq.
Bölgə muxbiri; Samir Mehdiyev
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay