“Global Construction” şirkətinə uyğunluq sertifikatınıDadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib

Interxəbər.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan paytaxtında baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında komissiyanın üzvü, baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror qeyd edib ki, hadisə baş verəndən dərhal sonra ölkə başçısının göstərişi ilə istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb: “Baş vermiş bu ağır faciənin səbəblərini araşdırmaq üçün istintaq-əməliyyat qrupuna Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun ixtisaslı mütəxəssisləri cəlb edilib.

Hadisə ilə əlaqədar həmin binaya vurulan üzlüklərin istehsalı ilə məşğul olan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Miryusif Mahmudov 2010-cu ildən bu işlə məşğul olmağa başlayıb və ona ilk uyğunluq sertifikatı da elə həmin il verilib”.

Z. Qaralov qeyd edib ki, “Global Construction” şirkətinə uyğunluq sertifikatını Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib və hər il həmin sertifikat yenilənib:

“Həmin sertifikatda yazılıb ki, bu üzlüklər inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər. Ən əsas məsələ ondadır ki, bu işləri görən şirkət rayon İcra Hakimiyyəti ilə müqavilə bağlamadan fəaliyyət göstərib. Müəyyən edilib ki, müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Məlum məsələdir ki, bu işə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə işi aparılmalıdır. Bu layihələr Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır və nazirlik layihələndirməyə razılıq verəndən sonra bu işlər davam etdirilməlidir. Eyni zamanda ilkin baxış zamanı müəyyən edilib ki, binanın üzlənməsində tək bir materialdan istifadə olunmamalıdır, onların arasında izolyasiya materiallarından da istifadə edilməlidir. Təəssüf ki, bu materiallardan istifadə olunmayıb”.

Z. Qaralov həmçinin bildirib ki, əvvəllər də adıçəkilən şirkətin gördüyü işlər üzrə əlavə iki hadisə olub: “Birinci hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində baş verib. Həmin hadisə zamanı tələfat olmayıb. İkinci yanğın hadisəsi isə 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb”.

Baş prokuror deyib ki, şirkətin rəhbəri ifadəsində həmin materialları Türkiyədən aldığını bildirib: “Tərəfimizdən şirkətdə axtarış həyata keçirilib və bütün sənədlər götürülüb. Həmin kimyəvi materialların tərkibini araşdırmaq üçün Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutundan və Elmlər Akademiyasının Kimya İnstitutundan da mütəxəssislər cəlb edilib.

Bütün hallarda ən başlıca məsuliyyətsizlik bu işlərin qeyri-qanuni aparılmasıdır. Artıq biz icra hakimiyyətində də günahkar şəxslərin dairəsini müəyyənləşdirmişik və həmin şəxslərlə bağlı da tədbirlər görüləcək. İstintaq-əməliyyat qrupu tərəfindən artıq 100-dən çox şahid dindirilib və müxtəlif ekspertizalar təyin olunub. Həmçinin hadisənin qəsdən törədilməsi fərziyyəsi üzərində də araşdırmalar davam etdirilir”.

Z. Qaralov bildirib ki, bütün günahkar şəxslərin qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək.

Prezident İlham Əliyev istintaqın nəticəsi barədə həm özünə, həm də ictimaiyyətə məlumat verilməsi barədə tapşırıq verib.

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər