Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI


Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI

2-09-2021, 17:06
Oxunub: 414
Çap et
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, kafe rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Reytinq: