Son xəbərlər
23.11.2020, 16:40
Qubada çayxananın sahibi və müştəriləri cərimələndi - FOTO
Qubada xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
Bu barədə AZƏRTAC xəbər yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Möhüc kəndi ərazisində yerləşən çayxanaya baxış zamanı yeddi müştərinin və obyekt sahibi Rüstəm İsayevin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay