İlham Əliyev görüşlər keçirdi » İnterxəbər.Az
interxeber.az » Siyasət » İlham Əliyev görüşlər keçirdi


İlham Əliyev görüşlər keçirdi

20-04-2015, 20:31
Oxunub: 285
Çap et
Fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Interxəbər dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, baş direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Sergey Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirildi, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

İlham Əliyev bu gün həmçinin İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə həm Azərbaycanda, həm İranda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görüşlərinin önəmini bildirən Prezident İlham Əliyev birgə səylər nəticəsində əlaqələrimizin müxtəlif sahələrdə yüksək səviyyəyə qalxdığını qeyd etdi.

Dövlət başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayaraq hərbi sahədə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın ölkəmizə səfərinin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Nazir Hüseyn Dehqan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı. O, ulu öndər Heydər Əliyevin müasir İran-Azərbaycan əlaqələrinin memarı olduğunu qeyd edərək bu gün Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirdi.

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Reytinq: