Hadisə
18.12.2014, 15:53
Prezident İlham Əliyev görüş keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.
Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün ölkəmizə səfərindən məmnun olduğunu bildirdi. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışdı.
Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.(xezerxeber.com)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay