Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı ETSN-dən AÇIQLAMA - YENİLƏNİB » İnterxəbər.Az
interxeber.az » Siyasət » Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı ETSN-dən AÇIQLAMA - YENİLƏNİB


Bakıdakı kəskin üfunət qoxusu ilə bağlı ETSN-dən AÇIQLAMA - YENİLƏNİB

7-07-2020, 03:11
Oxunub: 154
Çap et
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Bu barədə Oxu.Az-ın soğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək
Reytinq: