Azərbaycan sinoptiklərindən XƏBƏRDARLIQ
Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, ayın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, ayın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, 9-u gün ərzində 0 dərəcəyə yaxın, ayın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq, ayın 10-dək fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay