Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verdi - SİYAHI
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AME) oktyabr ayında apardığı ekspertizalar zamanı bəzi qida əlavələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərə xitam, bəziləri barəsində isə mənfi rəy verib.

“Trend”in məlumatına görə, Türkiyənın “Sofram Gida San. Tic. Ltd. Şti” şirkətinin istehsalı olan Festal Şokolad-Yetkin Qadınlar Üçün (baton 25 q) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair müvafiq rəy vermək mümkün deyil. Belə ki, məhsulun qablaşması ilə tərkibinə aid verilən sənəd bir-birilə uyğunlaşmır. Tərkibə aid sənəd “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın tələblərinə uyğun deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni adlı dərman vasitəsi mövcuddur.

Rumıniyanın “SC Laboratoarele Remedia SRL.” şirkətinin istehsalı olan 001.05.19 seriyalı Kalsiart (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilən ekspertiza zamanı müəyyən olunub ki, məhsulun orta çəkisi istehsalçı tərəfdən təqdim olunan göstəriciyə uyğun deyil. Ekspertiza nəticəsində məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb. Belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.

Türkiyənin “Koç İlaç Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz.İth.İhr.San.Tic.Ltd.Sti.” şirkətinin istehsalı olan Ferrokoc (tablet, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə aparılan ekspertiza nəticəsində C vitamininin miqdarı 24.4 mq/tab (NS –ə əsasən 30.0 mq+/-10%, 27-33 mq/tab) olaraq aşkar edilib. Buna görə də məhsulun qeydiyyata alınması ilə bağlı müraciətə xitam verilib.

Xitam verilən müraciətlər sırasında İtaliyanın Pharmaguida S.R.L-Piopp şirkətinin istehsalı olan “Bimbovit Ferro” (damcı) da olub.

AEM təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Microfleb/Mikrofleb (tablet, №30) adlı məhsulla bağlı mənfi rəy verib.

Rəydə bildirilir ki, Microfleb/Mikrofleb venoz durğunluğu aradan qaldırmaq üçün tövsiyə olunan vasitət olub öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”-in tələblərinə əsasən məhsulun tərkibində olan Melilotus officinalis bitkisi BFMQƏ-in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.

AEM-in mənfi rəy verdiyi digər məhsul Qırmızı qıllıca (Krasnaya şötka çayı, 30 q № 1) olub.

Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qırmızı qıllıca adlı məhsul qadınlarda endokrin və sidik – cinsiyyət sistemin normal fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.

Belə ki, məhsulun tərkibində olan Rhodiola quadrifida bitkisi (ərizəçi tərəfindən təqdim olunmuş sənədlərə əsasən) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş “Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”ində göstərilən monokomponent BFMQƏlərin tərkibində istifadə olunmayan Rhodiola rosea bitkisinə yaxındır. Ərizəçi Rhodiola quadrifida bitkisinin monokomponent BFMQƏ-lərdə istifadəsinə dair kifayət qədər məlumat təqdim etməyib

Son xəbərlər

Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Bütün xəbərlər