Qidaya yararsız 1 tondan çox ət aşkarlandı


Yanvarın 24-də Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirdikləri 1100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu “Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılmış, qanunvericiliyə uyğun cəmdəklərdən nümunələr götürülmüş, laboratoriyanın 25 yanvar 2016-cı il tarixli 0052 nömrəli ekspertizasınına əsasən götürülən nümunələr bakterioloji (BÇQB, stafılakokkus aureus) məruz qalmış, nümunələrin olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilmiş, eyni zamanda müayinə edilən nümunələrin 7-də at əti olması aşkar edilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, yanvarın 27-də isə həmin cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmişdir.

Təəssüflər olsun ki, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu öz çirkin əməllərindən əl çəkməyiblər.
Onlar yenidən 1200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında (içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılmışlar.

“Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşına baxış keçirilən zaman xeyli sayda hissələrə ayrılmış heyvan cəmdəkləri, eləcə də heyvanların daxili orqanları, baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri aşkar olunmuşdur. Hissələrə ayrılmış heyvan cəmdəklərinin bir hissəsi yük avtomaşınında primitiv quraşdırılımış dəmir qarmaqlardan asılmış vəziyyətdə olsa da, digər əsas hissəsi isə baytarlıq-sanitariya qaydalarına riayət edilmədən avtomaşının döşəməsinə, içərisində heyvanların daxili orqanları, baş-ayaqları, yelini, qarın və quyruq nahiyələri üst-üstə tökülmüş çirkli vəziyyətdə aşkar edilmişdir.

Yük avtomaşınında olan hissələrə ayrılmış heyvan cəmdəyinin mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan 012760 №-li baytarlıq şəhadətnaməsində (forma № 2) 8 (səkkiz) baş mal əti (1200 kq) göstərilsə də həmin sənədin kim tərəfindən verilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Cəmdək hissələrinin üzərinə vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığı müəyyən edilmişdir. Eləcə də avtomobilə yüklənmiş daxili orqanlar, baş-ayaqları, heyvan yelini və digər nahiyələr müşayiətedici sənəddə öz əksini tapmamışdır.

Yük avtomaşınında olan heyvan ətinin müşayiətedici baytarlıq şəhadətnaməsinin kim tərəfindən verildiyi məlum olmadığına və ət cəmdəklərinin üzərinə vurulan möhürün qida üçün yararlığını təsdiq edən klemaya (möhürə) heç bir uyğunluğunun olmadığına görə laboratoriya müayinəsi üçün nümunələrin götürülməsi məqsədi ilə avtomaşın "Baytarlıq şəhərciyi" nə gətirilmiş, hissələrə ayrılmış heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunmuşdur.

RBL-nın ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunmuşdur. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

Aparılan müayinələr zamanı daxil olan nümunələrin hamısının iribuynuzlu heyvana məxsus olduğu müəyyən edilmişdir.

Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilmişdir.

Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər respublikanın şəhər və rayonlarında mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Son xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO/VİDEO

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

Zidanın məşqçisi olmaq istədiyi komanda məlum olub

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Türkiyə Prezidenti: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - YENİLƏNİR - CANLI YAYIM

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

Fransa qoşunlarını Nigerdən çıxarır

Ərdoğan sabah Naxçıvana səfər edəcək

Sülh, qarşılıqlı anlaşma və hörmət - “Kaspi”nin TƏHLİLİ

Ceyhun Bayramov Antonio Quterreş ilə görüşəcək

Xankəndiyə doğru: Prosesin icrası - TƏHLİL

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Çinin BMT-dəki rəsmisi: “Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə - TƏHLİL

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir - YENİLƏNİB + FOTO/CANLI YAYIM

İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır

Prezident İlham Əliyev xalqa müraciət edəcək

Xarici İşlər Nazirliyində brifinq keçirilir - CANLI YAYIM

“Hraparak”: “Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib”

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı brifinqi - CANLI YAYIM

Polis Seymur Mahmudovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ

Şoyqu İran Ordusunun Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir

Bütün xəbərlər