Bank kreditlərinin faiz dərəcəsi bazarda olan tələb və təklif əsasında formalaşır. Bank vasitəçi maliyyə təşkilatıdır və maliyyə vəsaitini həmişə kimdənsa alır və kiməsə satır. Bu əmaliyyatları icra edə bilmədikdə isə bankın likvidliyi aşağı düşür və onun müflis olması problemi meydana gəlir.

Bunu açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev bankların kredit faizlərinin aşağı salınmasının indiki dövrdə hansı dərəcədə mümkün ola bilməsindən danışarkən deyib.

Banklar vəsaiti ayrı-ayrı şəxslərdən, əhalidən, beynəlxalq maliyyə institutlarından, eləcə də, Mərkəzi Bankdan cəlb edir. Bunun üzərinə bank öz xərclərini əlavə edərək, krediti sahibkara təqdim edir. Faiz dərəcəsinə təsir edən amillərdən ən əsası bank kreditlərinin maya dəyəridir. Çünki, istər sahibkarlıq subyektlərinə, istər fiziki şəxslərə və vətəndaşlara verilən kreditlərin faizlərinin formalaşmasında cəlb olunan vəsaitlərin ilkin qiyməti mühüm rol oynayır.

Bu gün cəlb olunan maliyyə vəsaiti, məsələn, əmanətləri cəlb edərkən 8 faiz və daha çox, xarici valyutada əmanətləri cəlb edərkən 3 faiz və daha çox, eləcə də, Mərkəzi Bankdan cəlb olunan vəsaitlərə faiz dərəcəsi orta hesabla 7 faiz müəyyən olunur. Banklar həmin məbləğin üzərinə 6-7 faiz öz xərclərini də əlavə etdikdə artıq üçüncü tərəfə təqdim edilən kredit üzrə faiz dərəcəsi 13-14 faizə gəlib çıxır. Buna görə də, banklar üçün kredit faizlərini üçüncü bir tərəfin müəyyənləşdirməsi uyğun olmaz.

Kredit faizlərinin aşağı salınması hansı halda mümkün ola bilər?

Məsələn, kredit təqdim edən dövlət müəssisələri tərəfindən müvəkkil banklara verilən kreditlərin həcmi 1 və ya 2 faiz həcmində müəyyən edilirsə və öhdəlik qoyulursa ki, banklar krediti 5-6 faizdən çox təyin etməsin, bu halda kredit faizlərinin aşağı salınmasına nail olmaq mümkündür.

Lakin bankların əhalidən cəlb etdiyi əmanətlər üçün bunu demək olmaz. Banklar cəlb etdikləri əmanətləri aşağı faizlə sahibkara təqdim etmək üçün bu əmanətlərə görə təyin edilən faiz dərəcəsini də aşağı dərəcəyə salmalıdır. Bu halda vətəndaşlar əmanətlərini banka qoymaqdan imtina edəcəklər. Beləliklə, pul kütləsi passiv formada evdə qalacaq və ya müxtəlif yollarla daha yüksək faizə pula ehtiyacı olanlara veriləcək. Bazarda pula ehtiyac çox olduqda istər-istəməz faiz dərəcələri də yüksək olur.

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması kredit faizlərinə təsir edə bilər?

Mərkəzi Bank uçot dərəcəsini aşağı salsa, bu kredit faizləri dərəcəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Lakin Mərkəzi Bank buna niyə getmir? Çünki uçot dərəcəsi aşağı salınsa, banklar pulu daha çox Mərkəzi Bankdan əldə etməyə maraqlı olacaq. Bu zaman isə əhalinin vəsaitləri yastıq altında qalır və iqtisadiyyata cəlb olunmur. Mərkəzi Bank isə banklar tərəfindən pulun xarici maliyyə institutlarından, təşkilatlarından və əhalidən cəlb edilməsinə maraqlıdır.

Digər bir məsələ, banklar xarici maliyyə institutlarından maliyyə vasaitləri cəlb edərkən müəyyən qədər risk yaranır. Çünki, banklar bu kreditləri xarici valyutada ödəməlidirlər. Avro və dolların məzənnəsində dəyişikliklərin olması kəskin fərqlərə gətirib çıxara bilər. İndi bankların kredit faizlərinə təsir edən bir çox amil var. Bu gün vaxtı keçmiş kreditlər var ki, banklar bu məbləği bağlamaq üçün və ehtiyat yaratmaq üçün faiz dərəcələrini sabit saxlamağa məcburdurlar.

Nəticə etibarilə, bazar iqtisadiyyatında bank kreditlərinə konkret faiz qoymaq mümkün deyil. Bu şərtləri dövlət tərəfindən verilən kreditlərə şamil etmək olar. Lakin, bankın özünün cəlb etdiyi əmanətlərə aid etmək olmaz. Əmanətlərə görə təyin edilən faiz dərəcələrinin azaldılması ilə əlaqədar əmanətçi banka pul yerləşdirməkdənsə istiqraz almağa üstünlük verəcək. Yaxud öz pullarını 5-10 faizə qədər sələmə verə bilər ki, bu da illik daha böyük həcmdə faiz edir.

Əgər bazarda insanlara borc lazımdırsa bu və ya digər şəkildə ödənməlidir. Əgər əmanətlərə görə təyin edilən faizlər rəsmi şəkildə aşağı salınsa, qara bazarda həmin pulun dəyəri artmağa başlayır. Sələmçilik halları artır və ehtiyacı olan insan da hansısa şəkildə həmin pulu əldə edir və siz bunun qarşısını ala bilməzsiniz.

Bugünkü dövrdə banklar kredit faizlərini aşağı sala bilər?

Bu gün bankların nə qədər güzəştə gedərək kredit faizlərini aşağa salacağını demək çox çətindir. Nəzərə alaq ki, hazırda kredit ödəmə öhdəliyi çox zəifdir. Çünki pandemiya ilə əlaqədar biznes fəaliyyəti də dayanıb və alınan vəsaitlər geri qaytarılmır.

İkinci Qarabağ Müharibəsi ilə bağlı banklar çoxlu sayda güzəştə gedib. Bu vəsaitlərin hamısı haradansa kompensasiya edilməlidir. Bankların son dövrlərdə maliyyə bazarında portfelləri kiçilə-kiçilə gedir. Maliyyə bazarında onların üzərinə kifayət qədər çox yük düşür. Eləcə də bankların öhdəlikləri çox və ödəmə qabiliyyətləri isə aşağıdır. Məhdudiyyətlərlə əlaqədar biznes fəaliyyəti də aşağı düşüb. Həmçinin bu satışı da azaldaraq istehlak kreditlərinin həcmini aşağı salıb.

Nəzərə alaq ki, bankların kredit faizlərinə inflyasiya səviyyəsi, eləcə də, iqtisadiyyatda pandemiya təhlükəsinin təhdidləri, maliyyə sektorunun yükünün artması və indiki dövrdə vaxtı keçmiş kreditlərin həcminin artması və s. amillər təsir edir. Biz bank kreditlərinin faiz dərəcələrinin aşağı salınmasını tələb edə bilərik, lakin, bununla yanaşı real bazar fəaliyyətlərini də ölçmək lazımdır. Buna diqqət edilməməsi müflis elan edilmiş və bağlanmış bankların sayının artması ilə nəticələnə bilər.

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər