Cahangir Hacıyevin ikinci bankı tam müflisləşib; əməkdaşları kütləvi şəkildə öz hesablarına məzuniyyətə göndərirlər; bankdan heç bir əmanətçi pulunu ala bilmir; Samir Şərifov hədələnib - “başına oyun açacağıq...”

Bir vaxtlar Azərbaycanın özəl bankları arasında ən qüdrətlilərindən olan “Bank Technique” iflas olub. Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, gələn həftənin 1-ci günündən etibarən əksər əməkdaşlar ərizə yazaraq öz hesablarına məzuniyyətə göndəriləcək.

Hər şöbədən minimum 5-6 əməkdaş işdən çıxarılıb. Artıq xeyli vaxtdır əmanətçilər bankdan pul ala bilmirlər. Bütün əməliyyatlar dayandırılıb.

Xatırladaq ki, beynəlxalq reytinq agentliyi “Moody’s”in Azərbaycanın bank sektorunda müşahidə olunan sistemli böhran əlamətlərinə dair iyulun 24-də yaydığı proqnoz da təhlükənin real olduğunu göstərirdi. “Moody’s” ölkənin aparıcı banklarından biri hesab edilən “Bank Technique”nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.

“Bank Technique” 2012-ci ilin yazından Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Bu ilin martında Beynəlxalq Bankdakı külli miqdarda yeyintinin üstü açılandan və C.Hacıyev istefa verdikdən sonra “Bank Technique”dəki fırıldaqlar da ortaya çıxmağa başladı. Xüsusilə də Beynəlxalq Banka 100 milyonlarla manat kredit borcu olan iş adamlarının həbsi digər bankların vəziyyətini ortaya çıxardı. Məlum oldu ki, C.Hacıyevin nəzarətindəki banklarda vəziyyət olduqca acınacaqlıdır.

“Bank Technique” 2012-ci ilin martına kimi Azərbaycanın ən qüdrətli banklarından olub. Onunla rəqabət apara biləcək çox az sayda özəl bank vardı. Lakin cəmi 3 ilə “Bank Technique” birmənalı şəkildə müflis oldu. Bir vaxtlar C.Hacıyevin haqqında “təcrübəli bankir” deyirdilər, indi bu deyim tarix olub. Belə çıxır C.Hacıyev təcrübəli bank dağıdanmış...
C.Hacıyev bir vaxtlar “Bank of Azerbaijan”ı ələ keçirmək istəyirdi. Lakin Hafiz Məmmədov (Hafka) bu “döyüşdə” C.Hacıyevə qalib gəlib onu geri oturtmağı bacardı. Çünki o vaxtlar Hafkanın hakimiyyətdə mövqeləri çox güclü idi.

Yeri gəlmişkən, Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxarıldıqdan sonra maliyyə naziri Samir Şərifovu hədələyib. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, C.Hacıyev düşdüyü vəziyyətə görə maliyyə nazirini suçlu bilir. Mənbə iddia edir ki, ona mesaj da göndərib: “gör başıına nə oyun açacam...”

Bank sistemində böyük bir imperiya yaratmış C.Hacıyev hazırda hər kəsi özünə düşmən bilir. Ən başda da Samir Şərifovu. Onun özünə düşmən bildiyi şəxslərdən biri də Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur. Bu yaxınlara kimi Cahangir Hacıyev E.Rüstəmovu saymır, ona tabe olmurdu. “Yeni Müsavat” bu haqda iki il öncə yazmışdı. Həmin yazıda Rüstəmov-Hacıyev münasibətlərinə dair maraqlı detallar əks olunurdu.

Beləliklə, Azərbaycanda son aylar başlamış bank böhranı bir qədər də dərinləşməkdədir. Bunun isə ən böyük zərbəsi sıravi vətəndaşlara dəyəcək. Son illər banklara yaranmış inam xeyli insanı banklara əmanət qoymağa həvəsləndirmişdi. İndi bu inam sarsılmaqdadır. “Bank Technique”də vətəndaşların pulu batsa bu, həm də ciddi sosial narazılığın yaranmasına səbəb olacaq. Bunun isə altını heç şübhəsiz, hökumət çəkəcək. Necə ki, Beynəlxalq Bankda batan 6 milyard pulu dövlət ödəyir, digər banklar müflis olsa orda batan vəsaiti də dövlət ödəməli olacaq.

Son xəbərlər

Qənirə Paşayeva vəfat edib - VİDEO

Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri ilə telefonla danışıb

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - YENİLƏNİB + FOTO/VİDEO

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

Zidanın məşqçisi olmaq istədiyi komanda məlum olub

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər - FOTO

Türkiyə Prezidenti: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik”

İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - YENİLƏNİR - CANLI YAYIM

Şuşa gələn il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilə bilər

Fransa qoşunlarını Nigerdən çıxarır

Ərdoğan sabah Naxçıvana səfər edəcək

Sülh, qarşılıqlı anlaşma və hörmət - “Kaspi”nin TƏHLİLİ

Ceyhun Bayramov Antonio Quterreş ilə görüşəcək

Xankəndiyə doğru: Prosesin icrası - TƏHLİL

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Çinin BMT-dəki rəsmisi: “Ermənistan və Azərbaycan arasında dialoq beynəlxalq sabitliyin maraqlarına uyğundur”

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb

Yaşar Güler Zakir Həsənovu təbrik edib

Əliyevin xalqa müraciəti: Azərbaycanın təkliflər paketi regional müstəvidə - TƏHLİL

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir - YENİLƏNİB + FOTO/CANLI YAYIM

İlham Əliyev: “Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır

Prezident İlham Əliyev xalqa müraciət edəcək

Xarici İşlər Nazirliyində brifinq keçirilir - CANLI YAYIM

“Hraparak”: “Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib”

Ermənilərin Qarabağda 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb, xeyli sayda qənimət ələ keçirilib - RƏSMİ

Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub

Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Müdafiə Nazirliyinin Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı brifinqi - CANLI YAYIM

Polis Seymur Mahmudovla vida mərasimi keçirilir - FOTO

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ

Bütün xəbərlər